MDU-da seminar: Gender problemlərinin psixoloji aspektləri

2022-ci ilin 16 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə “Gender problemlərinin psixoloji aspektləri” mövzusunda seminar keçirilib.

Universitetin akademik heyət üzvləri, tələbə və magistrantlarının iştirakı ilə keçirilən seminarda MDU-nun Psixlogiya və pedaqogika kafedrasının müəllimi Nərgiz Niftəliyeva təqdimatla çıxış edib.

Təqdimatda gender problemlərinə psixoloji yanaşmadan bəhs edilib, gender psixologiyasında emosional sfera ilə bağlı ətraflı məlumat verilib və təqdim olunan suallar cavablandırılıb.

Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb.