MDU-da Qazi Universitetinin Texnologiya fakültəsinin dekanı ilə görüş keçirilib

Mingəçevir Dövlət Universitetində (MDU) Türkiyə Cumhiryyətinin paytaxtı Ankara şəhərində yerləşən Qazi Universitetinin Texnologiya fakültəsinin dekanı, professor Musa Atar ilə görüş keçirilib. Görüşdə MDU-nun Mühəndislik fakültəsinin akademik-inzibati heyət üzvləri iştirak edib.

MDU-nun Mühəndislik fakültəsinin dekanı Almaz Əliyeva fakültənin fəaliyyəti barədə geniş məlumat verib.

M.Atar MDU ilə Qazi Universiteti arasında olan əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edərək qarşılıqlı işbirliyi ilə bu əlaqələrin daha da genişləndirməkdə maraqlı olduqlarını bildirib.

Sonra, Qazi Universiteti ilə MDU arasında əməkdaşlığın inkişafı ilə görüləcək işlərin fikir mübadiləsi aparılıb, mövcud olan yüksək potensialı lazımınca dəyərləndirməyin vacibliyi diqqətə çatdırılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, görüş MDU-nun evsahibliyi etdiyi MDU ilə İKSAD İnstitutunun (Türkiyə) birgə keçirdiyi MAS-19 “Riyaziyyat, mühəndislik, təbiət, texnika və sağlamlıq elmləri” üzrə beynəlxalq elmi konfransla əlaqədar Qazi Universitetinin nümayəndə heyətinin MDU-ya rəsmi səfəri çərçivəsində təşkil olunub.