MDU-da xaricdə təhsillə bağlı məlumatlandırıcı görüş keçirilib

Mingəçevir Dövlət Universitetində (MDU) xaricdə təhsil imkanları ilə bağlı məlumatlandırıcı görüş keçirilib. “AID Group” Şirkəti tərəfindən keçirilən məlumatlandırma görüşündə MDU-nun bir qrup əməkdaşı, tələbə və magistrantları iştirak edib.

Görüşü açıq elan edən MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev göstərilən təşəbbüsü təqdirəlayiq addım kimi qiymətləndirib. MDU-da tələbə və məzunların bilik və bacarıqlarının artırılmasını, karyera yolunda inkişafı istiqamətində atılan addımların dəstəkləndiyini diqqətə çatdıran şöbə müdiri keçirilən görüşün bu yöndə faydalı olacağına əminliyini ifadə edib.

Sonra “AİD Group” şirkətinin rəhbəri Nigar Əliyeva və nümayəndəsi Samir Yəhyazadə xaricdə təhsil imkanları, üstünlükləri, təqaüd proqramlarından yararlanma imkanları, müraciət formaları, xarici dil biliklərinin artırılması yolları və gələcək üçün perspektivli ixtisaslar barədə məlumat veriblər.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.