2025-ci il dekabrın 12-də Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı, Yeni Azərbaycan Partiyası Mingəçevir Şəhər Təşkilatının sədri, Mingəçevir Bələdiyyəsinin sədri və şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri, həmçinin Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov və universitetin akademik-inzibati heyəti Ümummilli Lider Heydər Əliyevin Anım Günü münasibətilə abidəsini ziyarət ediblər.
Tədbir iştirakçıları abidə önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Ziyarət zamanı Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin formalaşması və inkişafında göstərdiyi misilsiz xidmətlər, ölkənin müstəqilliyinin möhkəmləndirilməsində rolu, eləcə də təhsil və elm sahəsinə verdiyi xüsusi diqqət bir daha vurğulanıb.
Qeyd edək ki, MDU-da və Mingəçevirdə Ümummilli Lider Heydər Əliyevin Anım Gününə həsr olunmuş silsilə tədbirlər davam edir.