MDU-nun kitabxanalarında Heydər Əliyevə həsr olunmuş guşələr yaradılıb

  • Post category:MDU xəbərləri

Mingəçevir Dövlət Universitetinin (MDU) tədris binalarında olan kitabxanalarında ˝Heydər Əliyev İli˝ çərçivəsində Ulu Öndər Heydər Əliyevə həsr olunmuş guşələr yaradılıb.

Yaradılmış guşələrdə Ümummilli liderin həyat yolu, dövlətçilik ənənələri və apardığı uğurlu siyasətinə həsr olunmuş kitablar, qəzetlərdə yer alan yazılar yer alıb.

MDU-nun kitabxanalarını ziyarət edən professor-müəllim heyəti üzvləri, tələbə və magistrantlar yaradılmış guşəyə xüsusi maraq göstərir orada yer alan materiallarla yaxından tanış olurlar.

Qeyd edək ki, MDU-da ˝Heydər Əliyev İli˝ çərçivəsində müxtəlif tədbirlər həyata keçirilir.