You are currently viewing Şahin Bayramov: Prezident İlham Əliyev dünyada ən çox rəğbət bəslənilən liderlər sırasındadır

Şahin Bayramov: Prezident İlham Əliyev dünyada ən çox rəğbət bəslənilən liderlər sırasındadır

  • Post category:MDU xəbərləri

Bakı, 15 oktyabr 2022-ci il, AZƏRTAC

Hər bir xalqın taleyində elə əlamətdar günlər var ki, bu tarixdən başlayaraq onun gələcək müqəddəratını müəyyən edən mühüm hadisələrin əsası qoyulub. Məhz oktyabrın 15-i Azərbaycan xalqının taleyində belə önəmli günlərdən hesab edilir. Məlum olduğu kimi, düz 19 il bundan əvvəl bu tarixdə ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev xalqımızın etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi və bununla da müstəqil ölkəmizin müasir tarixində yeni inkişaf mərhələsi başlandı.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov deyib.

Rektor bildirib ki, ötən illər ərzində Ümummilli Liderin müəyyən etdiyi hərtərəfli inkişaf strategiyasını yeni keyfiyyət müstəvisində fövqəladə uğurla həyata keçirən İlham Əliyev yürütdüyü məqsədyönlü, sistemli, uzaqgörən və qətiyyətli siyasəti sayəsində Azərbaycanı dünyada mövqelərini daha da gücləndirən və yeni geosiyasi reallıqlar yaradan qüdrətli dövlətə çevirib.

“Məhz Müzəffər Ali Baş Komandanımız, Qalib Sərkərdəmiz İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tarixi Zəfər qazandı, doğma və əzəli torpaqlarımızı işğaldan azad edərək ərazi bütövlüyümüzü təmin etdi və 30 illik yurd həsrətinə son qoydu. Bu gün də Azərbaycan tarixin şanlı səhifələrini yazmaqda davam edir. Azərbaycan Prezidentinin Qarabağda və Şərqi-Zəngəzurda apardığı nəhəng quruculuq işləri, qlobal siyasi arenada misilsiz diplomatik uğurları hər birimizə sonsuz fəxarət hissləri yaşadır və ölkəmizin etibarlı gələcəyi, təhlükəsiz və davamlı inkişafı üçün möhkəm təməllər yaradır.

Qürur duyuruq ki, doğma Azərbaycanımızı müasir dünyanın aparıcı aktorlarından birinə çevirən Prezidentimiz hazırda dünyada ən çox rəğbət bəslənilən liderlər sırasındadır”, – deyə Universitetin rektoru vurğulayıb.