Çilinin ölkəmizdəki müvəqqəti işlər vəkili Mingəçevir Dövlət Universitetində olub

  • Post category:Xəbərlər (AZ)

Çilinin ölkəmizdəki müvəqqəti işlər vəkili Mingəçevir Dövlət Universitetində olub

Çili Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Qabriel Xara Mingəçevir Dövlət Universitetində (MDU) olub.

Qonağı MDU-nun rektoru Şahin Bayramovun adından salamlayan elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Əyyubov universitetdə həyata keçirilən kadr hazırlığı istiqamətləri barədə məlumat verib. V.Əyyubov universitetin qarşılıqlı faydalı beynəlxalq əməkdaşlıqda maraqlı olduğunu və bu sahədə imkanların artırılması üçün müvafiq tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

MDU-da olmaqdan məmnunluğunu bildirın Çili Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Qabriel Xara ölkələrimiz arasında ali təhsil sahəsində potensial əməkdaşlıq imkanları barədə danışıb. Diplomat ilkin mərhələdə MDU ilə Çilinin müvafiq universitetləri arasında əsasən energetika və ekologiya mühəndisliyi ixtisaslarını əhatə edən təmasların yaradılması üçün zəruri dəstək göstərməyə hazır olduğunu bildirib.

Görüşdə İnnovasiyalar Agentliyi İdarə heyətinin üzvü Fariz Quliyev və MDU-nun əməkdaşları iştirak edib.

{phocagallery view=category|categoryid=234|limitstart=0|limitcount=0}