MDU-da yaz semestrinin imtahan sessiyası uğurla davam edir

  • Post category:MDU xəbərləri

Mingəçevir Dövlət Universitetində (MDU) 2022/2023-cü tədris ilinin yaz semestrinin 01 iyun tarixində başlayan imtahan sessiyası uğurla davam edir. Məlumat verildiyi kimi, MDU-da bütün imtahanlar əyani formada şifahi və yazılı şəkildə təşkil olunub.

05-09 iyun tarixlərini əhatə edən imtahan günlərində bakalavriat səviyyəsində   144 qrup üzrə 2703 tələbə ümumilikdə 234 imtahanda iştirak edib. Müvəffəqiyyət göstəricisi 95,0% olub. Tələbələr tərəfindən Apellyasiya Komissiyasına 4 müraciət daxil olub.

Magistratura səviyyəsində 15 qrup üzrə ümumilikdə 30 imtahan keçirilib. Magistrantların müvəffəqiyyət göstəricisi 98,5% olub.

Azərbaycan Respublikası Elm və Təhsil nazirinin müvafiq əmrinin tələbləri çərçivəsində təşkil olunan sessiya ərzində İmtahan Qərargahının, “Qaynar xətt”in və Apellyasiya Komissiyasının fəaliyyəti təmin olunub. Müəllimlərdən ibarət “İmtahanlara dəstək qrupu” imtahan prosesinin səmərəli təşkilində mühüm rol oynayır. Valideynlərin və ictimaiyyət nümayəndələrinin imtahan sessiyasında iştirakı təmin edilib. Həftənin çərşənbə günü keçirilən “Açıq qapı” günündə tələbələri və valideynləri maraqlandıran suallar universitet rektoru tərəfindən cavablandırlıb.

Universitetdə yaz semestrinin imtahan sessiyası cari ilin 05 iyul tarixinədək davam edəcək.