You are currently viewing MDU-nun 4 tələbəsinin layihəsi “İdeyanı Reallaşdır 2023” Qrant müsabiqəsinin qalibi olub

MDU-nun 4 tələbəsinin layihəsi “İdeyanı Reallaşdır 2023” Qrant müsabiqəsinin qalibi olub

  • Post category:MDU xəbərləri

Azərbaycan Respublikası Gənclər Fondunun gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması, ictimai fəallığının artırılması, eləcə də innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin dəstəklənməsi məqsədilə keçirdiyi “İdeyanı Reallaşdır 2023” Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsinin qalibləri müəyyən edilib.

Müsabiqədə MDU-nun 4 tələbəsənin layihəsi qalib olub.

Qalib olan tələbələri və layihələri təqdim edirik:

1. Rəsulova Nurlanə Laçın qızı,  Tarix müəllimliyi ixtisasının I kurs tələbəsi

Mövzu: “Bacarıqlı əllər”

Ayrılan məbləğ: 3000 AZN

2. Adıgözəlzadə Səkinə Pərviz qızı, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının III kurs tələbəsi

Mövzu: “Güclü Qadın”

Ayrılan məbləğ: 2900 AZN

3. Ülvi Məmmədov Üzeyir oğlu, “Mühasibat” ixtisası V kurs tələbəsi

Mövzu: “Səyyah skautların liderlik potensiallarının aşkarlanması və inkişafı”

Ayrılan məbləğ: 2900 AZN

4. Qaffarov Hikmət Taleh oğlu, Tarix müəllimliyi ixtisasının IV kurs tələbəsi

Mövzu: “TəhlükəSİZ”

Ayrılan məbləğ: 2800 AZN

Universitetimizin tələbələrinin qalib layihələri ümumilikdə 11600 manat məbləğində qrant qazanıb. Hər bir tələbəmizin uğurları ilə fəxr edirik.

Qeyd edək ki, son dövrlər MDU-nun müasirləşməsi istiqamətində həyata keçirilən fəaliyyətlər çərçivəsində universitetdə təhsilalanların və təhsilverənlərin hərtəfəfli inkişafına əlverişli şərait yaradılır.