Beynəlxalq əlaqələr və əməkdaşlıq şöbəsi
Mingəçevir Dövlət Universitetinin Beynəlxalq əməkdaşlıq ofisi öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi və tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında həyata keçirir.
Mingəçevir Dövlət Universitetinin (MDU) beynəlxalq əlaqələri xarici ölkə universitetləri ilə ikitərəfli əməkdaşlığı, beynəlxalq təhsil proqramlarında iştirakı, əcnəbi tələbələrin cəlb olunmasını, müvafiq beynəlxalq təşkilatlarla işbirliyini və digər istiqamətləri əhatə edir.
Şöbədə görülən işlər
Xarici ölkə universitetləri ilə əməkdaşlıq tələbə və müəllim mübadiləsinin həyata keçirilməsini, ortaq Yay Məktəblərinin və ikili diplom proqramlarının reallaşdırılmasını, birgə elmi konfransların və seminarların təşkilini, qarşılıqlı faydalı təcrübə mübadiləsinin aparılmasını nəzərdə tutur. Bu vaxta qədər, MDU dünyanın bir çox ölkəsinin ali təhsil müəssisələri ilə ikitərəfli əməkdaşlıq müqaviləsi imzalamışdır.
“Erasmus +” proqramı üzrə müəllim-tələbə mübadiləsi sahəsində fəaliyyət uğurla davam etdirilir. Təhsil aldıqları müddətdə topladıqları kreditlərin bir hissəsini tərəfdaş universitetlərdə qazanmış tələbələrimizin sayı sürətlə artır. Həmin proqram çərçivəsində İspaniyanın Valladolid Universiteti, Ruminiyanın Timişoara Politexnik və Transilvaniya Universitetləri, Bolqarıstanın Varna İqtisadiyyat Universiteti, İstanbul Gedik Universiteti ilə bakalavriat, magistratura dərəcələrində təhsil alan tələbələrin və akademik heyətin mübadiləsi həyata keçirilir.
2021-ci ildə beynəlxalq əlaqələrin inkişafı çərçivəsində Mingəçevir Dövlət Universiteti Türkiyənin Qazi Universiteti, Yıldız Teknik Universiteti, KTO Karatay Universiteti, İstanbul Gedik universiteti ilə əməkdaşlıq protokolu imzalayıb. Bu universitetlərlə MDU arasında ortaq mühazirələrin təşkil edilməsi, konfransların həyata keçirilməsi, elmi məqalələrin qarşılıqlı olaraq universitetlərin jurnallarında çap edilməsi, tələbə-müəllim mübadiləsi və digər məsələləri əhatə edir.
2021-ci il oktyabrın 27-də MDU və Kiyev Milli İqtisadiyyat Universiteti (KNEU) arasında əməkdaşlıq memorandumu imzalanmışdır. 2021-ci ilin 29 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) və Kiyev Milli Texnologiya və Dizayn Universiteti (Kyiv National University of Technologies and Design-KNUTD) arasında əməkdaşlıq memorandumu imzalanıb.
2021-ci ildən MDU-nun da iştirak etdiyi Avropa Komissiyasının maliyyələşdirdiyi “Erasmus+” proqramı çərçivəsində həyata keçirilən ali təhsildə uyğun istiqamətlərin inkişaf etdirilməsini nəzərdə tutan “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşdırılması üçün geoməkan mühəndisliyi üzrə yeni fənləri” (“New Courses in Geospatial Engineering for Climate Change Adaptation of Coastal Ecosystems”) GEOCLIC layihəsinə start verilib. Üç il davam edəcək layihədə Azərbaycan, Almaniya, Niderland Krallığı, Litva, Qazaxıstan, Rumıniya və Türkmənistan ali təhsil müəssisələri tərəfdaş kimi çıxış edəcək.
Şöbə müdiri

Samirə Əhmədova
Əməkdaşlar

Pərviz Məmmədrzayev
koordinator
parviz.mammadrzayev@mdu.edu.az

Tamara Xanlayeva
koordinator
tamara.xanlayeva@mdu.edu.az
Beynəlxalq əməkdaşlıq
Xəbərlər
On the second day of the International Conference dedicated to Sustainable Development, hosted by MSU, discussions had been held with Turkish scholars on strategies for publishing in high-impact journals
At Mingachevir State University (MSU), the second day of the 3rd International Conference named “Sustainable Development Strategy: Global Trends, National
MDU-nun ev sahibliyi etdiyi Davamlı inkişafa həsr olunmuş Beynəlxalq Konfransın ikinci günündə türkiyəli alimlərlə birlikdə yüksək impaktlı jurnallarda nəşr strategiyaları barədə müzakirələr aparılıb
Mingəçevir Dövlət Universitetində (MDU) 2025-ci ilin 6–8 dekabr tarixlərində keçirilən “Davamlı İnkişaf Strategiyası: Qlobal trendlər, milli təcrübələr və yeni hədəflər”
Mingachevir State University has become a center of global science: special keynote speeches delivered by professors from prestigious universities around the world
On 6 December 2025, within the framework of the III International Conference titled “Sustainable Development Strategy: Global Trends, National Experience
Mingəçevir Dövlət Universiteti qlobal elmin mərkəzinə çevrildi: Dünyanın nüfuzlu universitetlərinin professorlarının xüsusi çıxışları
2025-ci ilin 6 dekabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) ev sahibliyi ilə keçirilən “Davamlı İnkişaf Strategiyası: Qlobal trendlər, milli təcrübələr