Beynəlxalq əlaqələr və əməkdaşlıq şöbəsi

Mingəçevir Dövlət Universitetinin Beynəlxalq əməkdaşlıq ofisi öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi və tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında həyata keçirir.

Mingəçevir Dövlət Universitetinin (MDU) beynəlxalq əlaqələri xarici ölkə universitetləri ilə ikitərəfli əməkdaşlığı, beynəlxalq təhsil proqramlarında iştirakı, əcnəbi tələbələrin cəlb olunmasını, müvafiq beynəlxalq təşkilatlarla işbirliyini və digər istiqamətləri əhatə edir.

Şöbədə görülən işlər

Xarici ölkə universitetləri ilə əməkdaşlıq tələbə və müəllim mübadiləsinin həyata keçirilməsini, ortaq Yay Məktəblərinin və ikili diplom proqramlarının reallaşdırılmasını, birgə elmi konfransların və seminarların təşkilini, qarşılıqlı faydalı təcrübə mübadiləsinin aparılmasını nəzərdə tutur. Bu vaxta qədər, MDU dünyanın bir çox ölkəsinin ali təhsil müəssisələri ilə ikitərəfli əməkdaşlıq müqaviləsi imzalamışdır.

“Erasmus +” proqramı üzrə müəllim-tələbə mübadiləsi sahəsində fəaliyyət uğurla davam etdirilir. Təhsil aldıqları müddətdə topladıqları kreditlərin bir hissəsini tərəfdaş universitetlərdə qazanmış tələbələrimizin sayı sürətlə artır. Həmin proqram çərçivəsində İspaniyanın Valladolid Universiteti, Ruminiyanın Timişoara Politexnik və Transilvaniya Universitetləri, Bolqarıstanın Varna İqtisadiyyat Universiteti, İstanbul Gedik Universiteti ilə bakalavriat, magistratura dərəcələrində təhsil alan tələbələrin və akademik heyətin mübadiləsi həyata keçirilir.

2021-ci ildə beynəlxalq əlaqələrin inkişafı çərçivəsində Mingəçevir Dövlət Universiteti Türkiyənin Qazi Universiteti, Yıldız Teknik Universiteti, KTO Karatay Universiteti, İstanbul Gedik universiteti ilə əməkdaşlıq protokolu imzalayıb. Bu universitetlərlə MDU arasında ortaq mühazirələrin təşkil edilməsi, konfransların həyata keçirilməsi, elmi məqalələrin qarşılıqlı olaraq universitetlərin jurnallarında çap edilməsi, tələbə-müəllim mübadiləsi və digər məsələləri əhatə edir.

2021-ci il oktyabrın 27-də MDU və Kiyev Milli İqtisadiyyat Universiteti (KNEU) arasında əməkdaşlıq memorandumu imzalanmışdır. 2021-ci ilin 29 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) və Kiyev Milli Texnologiya və Dizayn Universiteti (Kyiv National University of Technologies and Design-KNUTD) arasında əməkdaşlıq memorandumu imzalanıb.

2021-ci ildən MDU-nun da iştirak etdiyi Avropa Komissiyasının maliyyələşdirdiyi “Erasmus+” proqramı çərçivəsində həyata keçirilən ali təhsildə uyğun istiqamətlərin inkişaf etdirilməsini nəzərdə tutan “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşdırılması üçün geoməkan mühəndisliyi üzrə yeni fənləri” (“New Courses in Geospatial Engineering for Climate Change Adaptation of Coastal Ecosystems”) GEOCLIC layihəsinə start verilib. Üç il davam edəcək layihədə Azərbaycan, Almaniya, Niderland Krallığı, Litva, Qazaxıstan, Rumıniya və Türkmənistan ali təhsil müəssisələri tərəfdaş kimi çıxış edəcək.

Şöbə müdiri

Samirə Əhmədova

samira.ahmadova@mdu.edu.az

Əməkdaşlar

Pərviz Məmmədrzayev

koordinator
parviz.mammadrzayev@mdu.edu.az

Tamara Xanlayeva

koordinator
tamara.xanlayeva@mdu.edu.az

Beynəlxalq əməkdaşlıq

Xəbərlər

Mingachevir State University was represented at the “Study in Azerbaijan” exhibition in Uzbekistan

Mingachevir State University was represented at the “Study in Azerbaijan” exhibition in Uzbekistan

Mingachevir State University (MSU) participated in the “Study in Azerbaijan” exhibition, which was held to strengthen cooperation in science and

Mingəçevir Dövlət Universiteti Özbəkistanda “Study in Azerbaijan” sərgisində təmsil olunub

Mingəçevir Dövlət Universiteti Özbəkistanda “Study in Azerbaijan” sərgisində təmsil olunub

Azərbaycan və Özbəkistan arasında elm və ali təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə keçirilən “Study in Azerbaijan” sərgisində Mingəçevir Dövlət Universiteti

Mingachevir State University to Cooperate with Three Universities in Uzbekistan

Mingachevir State University to Cooperate with Three Universities in Uzbekistan

Mingachevir State University (MDU) was represented at the First Rectors’ Forum held to expand cooperation in science and higher education

Mingəçevir Dövlət Universitetinin dosenti konfransda iştirak üçün Polşada səfərdədir

Mingəçevir Dövlət Universitetinin dosenti konfransda iştirak üçün Polşada səfərdədir

Mingəçevir Dövlət Universitetinin (MDU) Humanitar fənlər kafedrasının dosenti Namaz Manafov professor Məhəmməd Sadıq bəy Ağabəyzadənin elmi irsinin tədqiqi üzrə Polşa-Azərbaycan

Elanlar