Beynəlxalq əlaqələr və əməkdaşlıq şöbəsi
Mingəçevir Dövlət Universitetinin Beynəlxalq əməkdaşlıq ofisi öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi və tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında həyata keçirir.
Mingəçevir Dövlət Universitetinin (MDU) beynəlxalq əlaqələri xarici ölkə universitetləri ilə ikitərəfli əməkdaşlığı, beynəlxalq təhsil proqramlarında iştirakı, əcnəbi tələbələrin cəlb olunmasını, müvafiq beynəlxalq təşkilatlarla işbirliyini və digər istiqamətləri əhatə edir.
Şöbədə görülən işlər
Xarici ölkə universitetləri ilə əməkdaşlıq tələbə və müəllim mübadiləsinin həyata keçirilməsini, ortaq Yay Məktəblərinin və ikili diplom proqramlarının reallaşdırılmasını, birgə elmi konfransların və seminarların təşkilini, qarşılıqlı faydalı təcrübə mübadiləsinin aparılmasını nəzərdə tutur. Bu vaxta qədər, MDU dünyanın bir çox ölkəsinin ali təhsil müəssisələri ilə ikitərəfli əməkdaşlıq müqaviləsi imzalamışdır.
“Erasmus +” proqramı üzrə müəllim-tələbə mübadiləsi sahəsində fəaliyyət uğurla davam etdirilir. Təhsil aldıqları müddətdə topladıqları kreditlərin bir hissəsini tərəfdaş universitetlərdə qazanmış tələbələrimizin sayı sürətlə artır. Həmin proqram çərçivəsində İspaniyanın Valladolid Universiteti, Ruminiyanın Timişoara Politexnik və Transilvaniya Universitetləri, Bolqarıstanın Varna İqtisadiyyat Universiteti, İstanbul Gedik Universiteti ilə bakalavriat, magistratura dərəcələrində təhsil alan tələbələrin və akademik heyətin mübadiləsi həyata keçirilir.
2021-ci ildə beynəlxalq əlaqələrin inkişafı çərçivəsində Mingəçevir Dövlət Universiteti Türkiyənin Qazi Universiteti, Yıldız Teknik Universiteti, KTO Karatay Universiteti, İstanbul Gedik universiteti ilə əməkdaşlıq protokolu imzalayıb. Bu universitetlərlə MDU arasında ortaq mühazirələrin təşkil edilməsi, konfransların həyata keçirilməsi, elmi məqalələrin qarşılıqlı olaraq universitetlərin jurnallarında çap edilməsi, tələbə-müəllim mübadiləsi və digər məsələləri əhatə edir.
2021-ci il oktyabrın 27-də MDU və Kiyev Milli İqtisadiyyat Universiteti (KNEU) arasında əməkdaşlıq memorandumu imzalanmışdır. 2021-ci ilin 29 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) və Kiyev Milli Texnologiya və Dizayn Universiteti (Kyiv National University of Technologies and Design-KNUTD) arasında əməkdaşlıq memorandumu imzalanıb.
2021-ci ildən MDU-nun da iştirak etdiyi Avropa Komissiyasının maliyyələşdirdiyi “Erasmus+” proqramı çərçivəsində həyata keçirilən ali təhsildə uyğun istiqamətlərin inkişaf etdirilməsini nəzərdə tutan “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşdırılması üçün geoməkan mühəndisliyi üzrə yeni fənləri” (“New Courses in Geospatial Engineering for Climate Change Adaptation of Coastal Ecosystems”) GEOCLIC layihəsinə start verilib. Üç il davam edəcək layihədə Azərbaycan, Almaniya, Niderland Krallığı, Litva, Qazaxıstan, Rumıniya və Türkmənistan ali təhsil müəssisələri tərəfdaş kimi çıxış edəcək.
Şöbə müdiri

Samirə Əhmədova
Əməkdaşlar

Pərviz Məmmədrzayev
koordinator
parviz.mammadrzayev@mdu.edu.az

Tamara Xanlayeva
koordinator
tamara.xanlayeva@mdu.edu.az
Beynəlxalq əməkdaşlıq
Xəbərlər
ELAN – “Erasmus+” Proqramı çərçivəsində müraciət edən MDU tələbələri üçün müsahibə dəvəti
“Erasmus+” proqramı çəçrivəsində Türkiyə Respublikasının İstanbul Gedik Universiteti və İspaniya Krallığının Valladolid Universitetinə müraciət edən Mingəçevir Dövlət Universiteitinin (MDU) tələbələri
MDU-nun müəllimi İspaniyada təlimlərdə iştirak edib
2024-cü ilin 15-19 aprel tarixlərində Avropa Komissiyasının Erasmus+ proqramı çərçivəsində İspaniya Krallığının Valladolid Universitetində akademik heyətin bilik və bacarıqlarının inkişafı
MDU “REFRESH” Erasmus+ proqramı çərçivəsində Danimarkada keçirilən təlim proqramında təmsil olunub
Mingəçevir Dövlət Universitetinin (MDU) tərəfdaşı olduğu, Azərbaycan Dövlət İqtisad Univesitetinin (UNEC) koordinatorluğu ilə hazırlanmış ve təqdim edilmiş Avropa İttifaqının maliyyələşdirdiyi
MDU Ukraynanın “Qlobal Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi kontekstində iqtisadi artımın imperativləri” V Beynəlxalq Elmi-Praktik Online Konfransında təmsil olunub
23 aprel 2024-cü il tarixində Kiyev Milli Texnologiyalar və Dizayn Universitetində İqtisadi Həftə çərçivəsində “Qlobal Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi