Beynəlxalq əlaqələr və əməkdaşlıq şöbəsi
Mingəçevir Dövlət Universitetinin Beynəlxalq əməkdaşlıq ofisi öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi və tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında həyata keçirir.
Mingəçevir Dövlət Universitetinin (MDU) beynəlxalq əlaqələri xarici ölkə universitetləri ilə ikitərəfli əməkdaşlığı, beynəlxalq təhsil proqramlarında iştirakı, əcnəbi tələbələrin cəlb olunmasını, müvafiq beynəlxalq təşkilatlarla işbirliyini və digər istiqamətləri əhatə edir.
Şöbədə görülən işlər
Xarici ölkə universitetləri ilə əməkdaşlıq tələbə və müəllim mübadiləsinin həyata keçirilməsini, ortaq Yay Məktəblərinin və ikili diplom proqramlarının reallaşdırılmasını, birgə elmi konfransların və seminarların təşkilini, qarşılıqlı faydalı təcrübə mübadiləsinin aparılmasını nəzərdə tutur. Bu vaxta qədər, MDU dünyanın bir çox ölkəsinin ali təhsil müəssisələri ilə ikitərəfli əməkdaşlıq müqaviləsi imzalamışdır.
“Erasmus +” proqramı üzrə müəllim-tələbə mübadiləsi sahəsində fəaliyyət uğurla davam etdirilir. Təhsil aldıqları müddətdə topladıqları kreditlərin bir hissəsini tərəfdaş universitetlərdə qazanmış tələbələrimizin sayı sürətlə artır. Həmin proqram çərçivəsində İspaniyanın Valladolid Universiteti, Ruminiyanın Timişoara Politexnik və Transilvaniya Universitetləri, Bolqarıstanın Varna İqtisadiyyat Universiteti, İstanbul Gedik Universiteti ilə bakalavriat, magistratura dərəcələrində təhsil alan tələbələrin və akademik heyətin mübadiləsi həyata keçirilir.
2021-ci ildə beynəlxalq əlaqələrin inkişafı çərçivəsində Mingəçevir Dövlət Universiteti Türkiyənin Qazi Universiteti, Yıldız Teknik Universiteti, KTO Karatay Universiteti, İstanbul Gedik universiteti ilə əməkdaşlıq protokolu imzalayıb. Bu universitetlərlə MDU arasında ortaq mühazirələrin təşkil edilməsi, konfransların həyata keçirilməsi, elmi məqalələrin qarşılıqlı olaraq universitetlərin jurnallarında çap edilməsi, tələbə-müəllim mübadiləsi və digər məsələləri əhatə edir.
2021-ci il oktyabrın 27-də MDU və Kiyev Milli İqtisadiyyat Universiteti (KNEU) arasında əməkdaşlıq memorandumu imzalanmışdır. 2021-ci ilin 29 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) və Kiyev Milli Texnologiya və Dizayn Universiteti (Kyiv National University of Technologies and Design-KNUTD) arasında əməkdaşlıq memorandumu imzalanıb.
2021-ci ildən MDU-nun da iştirak etdiyi Avropa Komissiyasının maliyyələşdirdiyi “Erasmus+” proqramı çərçivəsində həyata keçirilən ali təhsildə uyğun istiqamətlərin inkişaf etdirilməsini nəzərdə tutan “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşdırılması üçün geoməkan mühəndisliyi üzrə yeni fənləri” (“New Courses in Geospatial Engineering for Climate Change Adaptation of Coastal Ecosystems”) GEOCLIC layihəsinə start verilib. Üç il davam edəcək layihədə Azərbaycan, Almaniya, Niderland Krallığı, Litva, Qazaxıstan, Rumıniya və Türkmənistan ali təhsil müəssisələri tərəfdaş kimi çıxış edəcək.
Şöbə müdiri

Samirə Əhmədova
Əməkdaşlar

Pərviz Məmmədrzayev
koordinator
parviz.mammadrzayev@mdu.edu.az

Tamara Xanlayeva
koordinator
tamara.xanlayeva@mdu.edu.az
Beynəlxalq əməkdaşlıq
Xəbərlər
MDU nümayəndə heyəti Qazi Universitetinin fakültələrində görüşlər keçirib
2023-cü il iyunun 21-də Mingəçevir Dövlət Universitetinin (MDU) Ankarada səfərdə olan nümayəndə heyəti qardaş ölkə Türkiyənin zəngin ənənələrə və müasir
MDU nümayəndə heyəti Ankarada Anıtqəbiri və Heydər Əliyev adına Parkı ziyarət ediblər
2023-cü il iyunun 21-də Mingəçevir Dövlət Universitetinin (MDU) Ankarada səfərdə olan nümayəndə heyəti Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn
Ankarada elmi konfrans: “Azərbaycan və Türkiyə: Bir millət, iki dövlət, tək yumruq”
2023-cü ilin iyunun 20-də Ankarada Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi, Ankara Hacı Bayram Veli Universiteti (AHBVU) və Mingəçevir Dövlət Universitetinin
MDU nümayəndə heyəti Qazi Universitetinin Mühəndislik fakültəsinin “Məzun Günü”ndə iştirak edib
2023-cü il iyunun 20-də qardaş ölkə Türkiyənin Qazi Universitetinin Mühəndislik fakültəsində “Məzun Günü” tədbiri keçirilib. Mingəçevir Dövlət Universitetinin (MDU) nümayəndə