İspaniya Krallığının Valladolid şəhərində yerləşən Valladolid Universiteti sənəd qəbulu elan edir (tələbə və magistrantlar üçün)

  • Post category:Beynəlxalq

Avropa İttifaqının maliyyələşdirdiyi “Erasmus+” proqramı çərçivəsində İspaniya Krallığının Valladolid universiteti tələbə-müəllim mübadiləsininin həyata keçirilməsi üçün sənəd qəbuluna başladı. Qeyd etmək lazımdır ki, Mingəçevir Dövlət Universiteti İspaniya Krallığının Valladolid universiteti ilə Erasmus+ proqramı çərçivəsində müəllim-tələbə mübadiləsinin həyata keçirilməsi üzrə ikili saziş bağlamışdır. Proqram çərçivəsində 2021/2022-ci tədris ili üçün (2022-ci ilin fevral-iyul ayları) bütün təhsil pillələri üzrə (bakalavr, magistratura və doktorantura) tələbə mübadiləsi həyata keçiriləcəkdir. Tələbələr proqram çərçivəsində bir və ya iki semestr ərzində Valladolid universitetində təhsil ala bilərlər. Universitetdə tədris ispan və ingilis dilində aparılır. Mübadilə ilə bağlı bütün xərclər Erasmus+ təqaüdü hesabına ödəniləcəkdir. Proqramda iştirak etmək istəyən tələbələr aşağıdakı tələblərə cavab verməlidir:

I, II, III kurs tələbəsi olmaqla– minimum orta qiymət 75 olmalı, (magistrlər üçün 80); İngilis və ya ispan dillərini B2 səviyyəsində bilməsi tələb olunur.

Təqaüd üçün aşağıda verilmiş linkə daxil olaraq qeydiyyatdan keçmək lazımdır.

https://uvamobplus.uva.es/publico/inicio

Proqramla bağlı daha ətraflı məlumat almaq istəyənlər Beynəlxalq Əməkdaşlıq ofisininə müraciət edə bilərlər. Proqrama müraciət üzrə son tarix 30 oktyabr 2021-ci ildir.

Ətraflı məlumat üçün əlaqə: sanan.mehdi@mdu.edu.az, iro@mdu.edu.az