Beynəlxalq elmi konfransın qonaqları Mingeçevirdə ziyarətlərdə olublar

Mingəçevir Dövlət Universitetində (MDU) “Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda keçirilən II Beynəlxalq elmi konfransın xarici qonaqları Heydər Əliyev Mərkəzini, “Azərbaycan İES” MMC-ni və Mingəçevir Sənaye Parkını ziyarət ediblər.

Heydər Əliyev Məkəzində qonaqlar Ulu Öndərin zəngin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olub, film izləyib və xatirə kitabına ürək sözlərini yazıblar.

“Azərbaycan İES” MMC-də qonaqlar istilik elektrik stansiyasının tarixi, ölkəmizin enerji təminatında rolu və enerji potensialının artırılması məqsədilə infrastrukturun yenilənməsi istiqamətində görülən işlər barədə məlumatlandırılıblar.

Mingəçevir Sənaye Parkının rezidenti olan “Mingəçevir Tekstil”  MMC-də qonaqlara istehsal prosesi, qeyri-enerji sektorunun inkişafında müəssisənin əhəmiyyəti, ixrac imkanları və tətbiq olunan müasir texnologiyalar barədə məlumat verilib.

Ziyarətlər xarici qonaqlarda xoş təəssürat yaradıb.