Mingəçevir Dövlət Universitetində könüllü gənclərlə görüş keçirilib

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində könüllü gənclərlə görüş keçirilib

 

2022-ci ilin 16 fevral tarixində Mingəçevir Dövlət Universitetində (MDU) könüllülük fəaliyyətində iştirak edən gənc əməkdaşlarla görüş keçirilib.

Görüş iştirakçılarını salamlayan MDU-nun rektoru Şahin Bayramov könüllülük fəaliyyətinin cəmiyyətin və fərdin inkişafındakı önəmindən danışıb.

Son dövrdə MDU-nun modernləşməsi istiqamətində qarşıda duran strateji hədəflərdən bəhs edən rektor universitet həyatında könüllü gənclərin fəal iştirakından məmnunluğunu ifadə edib və onlara təşəkkürünü bildirib.

Universitetin yerləşdiyi regionun tərəqqisində davamlı pay sahibi olmasının başlıca məqsədlərdən biri kimi müəyyən edildiyini vurğulayan Ş.Bayramov bu baxımdan könüllülük təşəbbüslərinin və fəaliyyətlərinin geniş potensialından söhbət açıb, gəncləri şəhər və ətraf rayonların rifahına xidmət edən tədbirlərdə daha fəal və təşəbbüskar olmağa çağırıb.

Gənc əməkdaşların hərtərəfli inkişafının diqqət mərkəzində saxlanıldığını qeyd edən rektor gənclərə universitetdə yaradılan imkanlardan maksimum faydalanmağı tövsiyə edib və onlara uğurlar arzulayıb.

Səmimi ortamda keçən görüşdə göstərilən diqqət və dəstəyə görə təşəkkürlərini çatdıran könüllü gənclər universitetdə yaradılan təhsil mühitinin onların potensialının inkişafında və reallaşdırılmasında mühüm rol oynadığını vurğulayıb və universitetin uğurları naminə gələcək fəaliyyətlərində kollektivin etimadını daim doğruldacaqlarına söz veriblər.

Qeyd edək ki, gənclərin dövlətə, xalqa və cəmiyyətə faydalı vətəndaş kimi yetişdirilməsini diqqət mərkəzində saxlayan MDU-da çoxşaxəli könüllülük fəaliyyətlərində iştiraka və bununla bağlı bütün zəruri dəstək tədbirlərinin həyata keçirilməsinə xüsusi önəm verilir.

{phocagallery view=category|categoryid=872|limitstart=0|limitcount=0}