2024-cü il mayın 17-də Mingəçevir Dövlət Universitetində (MDU) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Təbiət elmləri: laboratoriyadan həyata” adlı elmi-nəzəri seminar keçirilib. MDU-nun Fizika və ekologiya kafedrasının təşkilatçılğı ilə baş tutan tədbirə universitetin professor-müəllim heyəti, tələbə və magistrantları qatılıb.
MDU-nun Fizika və ekologiya kafedrasının müdiri Təranə Yusibova seminarın əhəmiyyəti və mövzunun aktuallığı ilə bağlı fikirlərini bölüşdükdən sonra kafedranın tələbələrinin məruzələri dinlənilib.
MDU-nun Mühəndislik fakültəsinin tələbələrindən Şəmsiyyə Mustafayeva “Superkütləli “Qara dəlik””, Əsginaz Həsənova “Molekulların hərəkətliliyini təyin edən hadisələr”, Hürü Əşrəfli “Neytron ulduzlar və pulsarlar”, Aytac Bəkirli “Qeyri-Nyuton mayelər” adlı mövzularla çıxış edib, maraqlı slaydlar və təcrübələr göstəriblər.
Elmi-nəzəri seminar müzakirələrlə davam edib.
Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində MDU-da müxtəlif tədbirlər keçirilir.