MDU əməkdaşları Bərdə Peşə Liseyində Aqrar İnnovasiyalar Festivalında iştirak edib

  • Post category:MDU xəbərləri

2023-cü il iyulun 11-də Bərdə Peşə Liseyində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Aqrar İnnovasiyalar Festivalı keçirilib.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov və elm və təhsil naziri Emin Əmrullayevin açılış nitqləri edərək festivalın təşkili məqsədi, innovativ və istedadlı gənclərin üzə çıxarılmasında verəcəyi fayda barədə məlumat verərək iştirakçılara uğurlar arzulayıblar.

 Tədbirdə peşə təhsili müəssisələrinin şagirdləri və universitet tələbələrinin innovativ layihələri, elmi-tədqiqat müəssisələrinin alimlərinin fəaliyyət nəticələri, aqrar sektorda xidmət göstərən şirkətlərin məhsulları, müvafiq dövlət və özəl qurumların aqraryönümlü xidmətləri nümayiş etdirilib.

Maraqlı və faydalı formatda təşkil edilmiş festivalda Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov, Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev və Tədris şöbəsinin müdiri Üzeyir Zeynalov iştirak edib.

Tədbir çərçivəsində MDU-nun əməkdaşlıq etdiyi Bərdə Peşə Liseyinin müasir infrastrukturu və tədris laboratoriyalarına baxış keçirilib.