MDU-da dövlət qulluğu ilə bağlı seminar keçirilib

  • Post category:Karyera

2022-ci ilin 11 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzində dövlət qulluğu ilə bağlı seminar keçirilib. MDU-nun tələbə və magistrantlarının iştirakı ilə təşkil olunan seminar dövlət qulluğunda karyera inkişafı barədə gənclərin maarifləndirilməsi məqsədi daşıyıb.

Məruzəçi, Mingəçevir Tibb Kollecinin İctimai fənlər müəllimi Kəmalə Hüseynova təqdimatla çıxış edib. Təqdimatda “Dövlət qulluğunun mahiyyəti”, “Dövlət qulluğu imtahanında iştirak üçün şərtlər və müraciət forması” və “Dövlət qulluqçusu olmağın üstünlükləri” mövzularına toxunulub və tələbələrin sualları cavablandırlıb.

Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb.