MDU-da Fizika fənnindən olimpiada

  • Post category:Xəbərlər (AZ)

MDU-da Fizika fənnindən olimpiada

Mincəçevir Dövlət Universitetində 27 mart – “Elm günü” münasibətilə tələbələr arasında riyaziyyat, fizika, kimya və tarix fənləri üzrə universitetdaxili olimpiadaların təşkili və keçirilməsi nəzərdə tutulmuşdur. Buna əsasən 25.02.19-cu il tarixdə “Fizika və ekologiya” kafedrasında tədris olunan Fizika fənnindən fənn olimpiadası keçirilmişdir. Kafedra müdiri dosent Təranə Yusibova, f.f.d. Rayihə Ağayeva, dosent Pərvanə Səfərova və dosent Adil Aslanovdan ibarət komissiya yaradılmışdır.  

Olimpiadadan əvvəl “Fizika və ekologiya” kafedrasının müdiri dosent Təranə Yusibova tələbələrlə görüş keçirib onlara uğurlar arzulamışdır. O, olimpiadanın tələbələr arasında elmə maraq yaratmaq, istedadlı tələbələrin elmi potensialını üzə çıxarmaq məqsədi ilə təşkil olunduğunu qeyd etmiş, sualların kaferdanın professor-müəllim heyəti tərəfindən hazırlandığını vurğulamış, qaliblərin komissiya heyəti tərəfindən mükafatlandırılacağını iştirakçıların nəzərinə çatdırmışdır.

Olimpiadada müxtəlif ixtisas qruplarından 14 tələbə iştirak etmişdir. Olimpiada ücün iştirakçılara 5 məsələdən ibarət suallar təqdim olunmuş və 2 saat vaxt verilmişdir. Gərgin keçən mübarizə şəraitində komissiyanın qərarı ilə topladıqları ballara görə YN18 saylı qrupun tələbəsi İlkin   Nəsibov 60 balla – I yerə, İT18 saylı qrupun tələbəsi 58 balla Aidə Heydərova – II yerə, EM16 saylı qrupun tələbəsi Mübariz Sadıqov isə 51 balla – III yerə layiq görülmüşlər.

QALİBLƏRİ UNİVERSİTETİN RƏHBƏRLİYİ ADINDAN TƏBRİK EDİR VƏ UĞURLARININ DAVAMLI OLMASINI ARZU EDİRİK.

{phocagallery view=category|categoryid=117|limitstart=0|limitcount=0}