MDU-da İKT ilə bağlı elmi seminar keçirilib
Mingəçevir Dövlət Universitetində Mühəndislik fakültəsində “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiya”nın həyata keçirilməsinə həsr olunmuş “Mütəxəssis hazırlığında İKT-nin tətbiqi: mövcud problemlər və inkişaf perspektivləri” mövzusunda elmi seminar keçirilib.
Elmi seminarı giriş sözü ilə Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyev açıb. Bildirib ki, Azərbaycanda informasiya cəmiyyətinin formalaşmasına dövlət qayğısı, informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı, onun xalqımızın rifahına xidmət edən aparıcı amilə çevrilməsi ölkəmizin gələcək perspektivlərinə hesablanmış siyasətin tərkib hissəsidir.
Akif Hacıyev qeyd edib ki, ölkədə informasiya cəmiyyətinin formalaşdırılması üzrə siyasətin davam etdirilməsi, yeni inkişaf prioritetlərinin müəyyənləşdirilməsi, dövlət idarəçiliyində, biznes sektorunda və ümumilikdə cəmiyyətdə hər bir vətəndaşın İKT-nin imkanlarından faydalanması üçün əlverişli şəraitin daha da genişləndirilməsi məqsədi ilə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Mingəçevir Dövlət Universiteti olaraq üzərimizə düşən vəzifələri yerinə yetirməliyik. Məhz bu baxımdan bu gün ki, elmi seminar təşkil edilmişdir.
Mühəndislik fakültəsinin dekanı, tex.f.d., dosent Vüqar Mustafayev bildirib ki, seminarın işində professor-müəllim heyətilə yanaşı Mingəçevir şəhər İcra Hakimiyyətinin məsul nümayəndəsi İlqar Pirməmmədov, Mingəçevir Bələdiyyəsinin məsul nümayəndəsi Zahid Qasımlı, Mingəçevir Sənaye Parkının məsul nümayəndəsi Yasin Quliyev, Mingəçevir Telekommunikasiya Qovşağının məsul nümayəndəsi Mahir Mürsəlov, HTECH İnvest MMC-nin məsul nümayəndəsi Orxan Nadirov, “Azərbaycan İES” MMC-nin məsul nümayəndəsi Hüseyn Hümbətov iştirak edir.
Sonra “İnformasiya texnologiyaları” kafedrasının əməkdaşları tex.f.d., dosent, Almaz Əliyeva “Tədris prosesində informasiya və kommunikasiya texnologiyalarının imkanları”; tex.f.d., baş müəllim Möhübbət Əhmədov “Təhsildə internet texnologiyalarının imkanları”; baş müəllim Zemfira Əliyeva “Təhsilin kompetensiyasına qoyulan tələblərin yerinə yetirilməsində informasiya texnologiyalarının rolu”; müəllim Asudə Abdurrahmanova ““İnformasiya texnologiyaları” ixtisası üzrə təhsil alan tələbələrin proqram biliklərin diaqnostikası”; müəllim Nərmin Əhmədova “Elektron pul və onun funksiyaları”; müəllim Şəbnəm Nəsirova “Smart kart və onun üstünlükləri” mövzularında məruzə etmişlər.
Seminarın işində iştirak edən qonaqlardan Mingəçevir şəhər İcra Hakimiyyətinin məsul nümayəndəsi İlqar Pirməmmədov, Mingəçevir Bələdiyyəsinin məsul nümayəndəsi Zahid Qasımlı, HTECH İnvest MMC-nin məsul nümayəndəsi Orxan Nadirov, Mingəçevir Dövlət Universiteti TEC-in sədri, “İqtisadiyyat” kafedrasnın baş müəllimi Günəş Şəfaqətov çıxış ediblər. Təkliflər irəli sürülüb. Seminar maraqlı disskusiya şəklində davam edib.
{phocagallery view=category|categoryid=84|limitstart=0|limitcount=0}