You are currently viewing MDU-da növbəti “Açıq qapı” günü keçiriləcək

MDU-da növbəti “Açıq qapı” günü keçiriləcək

  • Post category:Elanlar

2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının keçirilməsi ilə əlaqədar olaraq Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramovun iştirakı ilə “Açıq qapı” günləri keçirilir.

İmtahan dövründə tələbə və magistrantların, həmçinin, onların valideynlərinin yarana biləcək suallarının operativ cavablandırılması məqsədi daşıyan “Açıq qapı” günləri həftədə bir dəfə hibrid formada təşkil olunur.

Görüşlərdə MDU-nun tələbələri, magistrantlar və onların valideynləri iştirak edə bilərlər.

Növbəti “Açıq qapı” günü 2024-cü il yanvarın 31-də saat 16:00-da keçiriləcəkdir.

Görüşə qatılmaq istəyənlər muraciet@mdu.edu.az elektron poçt ünvanına müraciət edə bilərlər.