MDU-da seminar: İngilis dilində üslubi fiqurlar

2022-ci ilin 23 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə “İngilis dilində üslubi fiqurlar” mövzusunda seminar keçirilib. Seminarda universitetin akademik heyət üzvləri, tələbə və magistrantları iştirak ediblər.

MDU-nun Xarici dillər kafedrasının müdiri, dosent Mehdi Rəhimov təqdimatla çıxış edərək bədii ifadə və təsvir vasitələrinin, üslubi fiqurların dildə yeri, Azərbaycan və ingilis dillərində üslubi fiqurların semantikası və strukturundakı oxşar və fərqli cəhətlər barədə ətraflı məlumat verib və təqdim edilən sualları cavablandırıb.

Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb.