MDU-da “Tədqiqat metodları” mövzusunda seminar keçirilib

  • Post category:MDU xəbərləri

2023-cü ilin oktyabrın 5-də Mingəçevir Dövlət Universitetində (MDU) Magistratura və Doktorantura Təhsil Mərkəzinin təşkilatçılığı ilə “Tədqiqat metodları” mövzusunda seminar keçirilib. 

Ankara Hacı Bayram Veli Universitetinin (AHBVU) MDU-da fəaliyyət göstərən qonaq professoru Evren Güçer tərəfindən keçirilən seminarda magistrant, doktorant və gənc tədqiqatçılar iştirak ediblər.

Seminarda elmi təqdiqatın aktuallığının əsaslandırılması, onun obyekt və predmetinin, məqsəd və vəzifələrinin, nəzəri-metodoloji əsaslarının müəyyən olunması zamanı diqqət yetiriləsi məqamlar barədə iştirakçılara geniş məlumat verilib və təqdim edilən suallar ətraflı cavablandırılıb.

Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, professor E.Güçer AHBVU ilə yaradılan işbirliyi çərçivəsində cari tədris ilindən etibarən MDU-nun İqtisadiyyat fakültəsində qonaq alim kimi elmi-pedaqoji fəaliyyətini davam etdirir.