MDU-da təcrübə mübadiləsi
Ali təhsilin bakalavr səviyyəsində təhsilin təşkili və təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlardan biri yeni təhsil standartlarının tələblərinə uyğun olaraq, 4-cü tədris ilinin tələbələrinin VIII semestrdə istehsalat təcrübəsinin keçməsidir.
Məzunların əmək bazarının tələblərinə uyğunlaşdırılmasında, onlarda müasir iş yerləri, əmək münasibətlərinin xüsusiyyətləri, əmək şəraiti haqqında daha dolğun təsəvvür yaratmaqda, Mingəçevir şəhərində yerləşən müxtəlif dövlət və yerli idarəetmə qurumlarının fəaliyyəti barədə məlumatların əldə edilməsində istehsalat təcrübələrinin keyfiyyətinin yüksəldilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu mənada Mingəçevir Dövlət Universitetinin rektoru tərəfindən 12.02.2018-ci il tarixdə imzalanan T-19 saylı əmrə uyğun olaraq, “İqtisadiyyat və idarəetmə” fakültəsinin 050404 “İqtisadiyyat” ixtisası üzrə İ14.1 saylı buraxılış qrupun tələbələri Dövlət Sığorta Kommersiya Şirkətinin Mingəçevir filialında (Rəhbər: b/m. G.Şəfaqətov) və İ14.2 saylı buraxılış qrupun tələbələri isə “Mingəçevir İzolit” ASC-də (Rəhbər: b/m. A.Tağıyev) təcrübə keçirlər. 050405 “Sənayenin təşkili və idarə olunması” ixtisası ST14.1 saylı buraxılış qrupun tələbələri ”Azərbaycan İES“ MMC-də (Rəhbər: T.Əliyeva) və ST14.2 saylı buraxılış qrupun tələbələri isə ”Mingəçevir Regional Elektrik Şəbəkəsi“ MMC-də (Rəhbər: S.Paşayeva) təcrübə keçirlər.
Qeyd edək ki, “İqtisadiyyat və idarəetmə” fakültəsinin “İqtisadiyyat” ixtisası üzrə İ14.2 saylı buraxılış qrupunun tələbələri, qrup üzrə təcrübə rəhbəri, “İqtisadiyyat” kafedrasının baş müəllimi Arif Tağıyevin təşəbbüsü ilə istehsalat təcrübəsi çərçivəsində 27 aprel 2018-ci il tarixdə Mingəçevir Bələdiyyəsində və 4 may 2018-ci il tarixdə Əmlak məsələləri üzrə Dövlət Komitəsinin 8 saylı Mingəçevir ərazi şöbəsində olmuşlar.
Mingəçevir Bələdiyyəsinin üzvü, “Yerli büdcə məsələləri” üzrə daimi komisiyanın sədri Mircəmil Hacıyev tələbələri şəhər bələdiyyəsinin fəaliyyəti, formalaşması prinsipi, struktur quruluşu, müvafiq bölmələrin fəaliyyət sahələri, bələdiyyə büdcəsinin formalaşması və xərc istiqamətləri, vətəndaşlarla işlərin təşkili, mövcud problemlər və onların həlli istiqamətində görülən işlərlə tələbələri tanış etdi. M.Hacıyev tələbələrin çoxsaylı suallarına və onları maraqlandıran məsələlərə aydınlıq gətirdi.
4 may 2018-ci il tarixdə isə Əmlak məsələləri üzrə Dövlət Komitəsinin 8 saylı Mingəçevir ərazi şöbəsinin aparıcı məsləhətçisi Raqub Həsənovla tələbələrin görüşü təşkil olundu. Raqub Həsənov tələbələrə Əmlak məsələləri üzrə Dövlət Komitəsinin, o cümlədən, 8 saylı Mingəçevir ərazi şöbəsinin fəaliyyət istiqamətləri, hüquq və vəzifələri, dövlət əmlakının idarə edilməsi, qorunması, onlardan daha səmərəli istifadə edilməsi, əmlakın qeydiyyata alınması, sənədləşdirilməsi, reyestr xidməti, dövlət əmlakının özəlləşdirilməsi, əmlakın satışı üzrə hərracların təşkili və digər çoxsahəli fəaliyyət sahələri haqqında geniş məlumat verdi. Sonda Raqub Həsənov tələbələrin suallarını cavablandırdı, onlara gələcək əmək fəaliyyətinin təşkilində öz tövsiyyələrini verdi.
Sonda qrupun təcrübə rəhbəri, MDU “İqtisadiyyat” kafedrasının baş müəllimi Arif Tağıyev ayrı-ayrılıqda Mingəçevir şəhər bələdiyyəsinin və Əmlak məsələləri üzrə Dövlət Komitəsinin 8 saylı Mingəçevir ərazi şöbəsin rəhbərliyinə, o cümlədən şəxsən Mircəmil Hacıyevə və Raqub Həsənova iştirakçılar adından minnətdarlıq etdi.
{phocagallery view=category|categoryid=59|limitstart=0|limitcount=0}