Bir qrup tələbəyə tələbə biletləri təqdim edilib

  • Post category:Xəbərlər (AZ)

Bir qrup tələbəyə tələbə biletləri təqdim edilib

MDU-nun kollektivi Heydər Əliyev Mərkəzində Bilik günü münasibəti ilə bayram tədbiri keçirib. Universitetin rektoru Akif Hacıyev məzunları və yeni qəbul olmuş tələbələri təbrik edib: “Məzunlarımızın sorağı həm elm, həm təsərrüfat, həm də idarəetmə sahələrindən gəlir.  Şəhərimizin ictimai-siyasi həyatında fəal olan gənclərimiz yetərincədir. Bütün bunlar göstərir ki, pedaqoji heyətimizin əməyi hədər getməyib”.

Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının vəzifələrini icra edən, I müavin İlham İsmayılov MDU-nin yaranma tarixinə nəzər salaraq deyib ki, bu, cənab prezidentin şəhərimizə, təhsil işçilərimizə və gənclərimizə qayğısının bariz nümunəsidir: “Mən inanıram ki,  bu universitet ölkəmizin gələcək inkişafında öz töhfələrini verəcək”.

647 balla MDU-nin Tarix müəllimliyi ixtisasına daxil olmuş Xədicə Abdullayeva müəllim adının ülviliyindən danışıb: “Ölməz liderimiz Heydər Əliyev deyirdi: Müəllim yeganə şəxsiyyətdir ki, cəmiyyət öz gələcəyini, uşaqlarının tərbiyəsini yalnız ona etibar edir. Mən müəllimlərimin peşələrinə böyük hörmətlə yanaşdığının şahidi olmuşam. Bütün bunlar məndə müəllimlik sənətinə istəyin yaranmasına səbəb oldu”.

MDU-də magistr üzrə təhsilini davam etdirən Samrin Xanlayev, 615 balla Biznesin idarə edilməsi ixtisasına qəbul olmuş Mətanət Quluzadə, universitetin beynəlxalq əlaqələr sektorunun rəhbəri Samirə Əhmədova, Xarici dil müəllimliyi üzrə təhsil alan, II kurs tələbəsi, və valideyn da ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğıdan danışıblar.

Tədbirin sonunda bir qrup tələbəyə tələbə biletləri və hədiyyələr təqdim edilib.

{phocagallery view=category|categoryid=60|limitstart=0|limitcount=0}