MDU əməkdaşları BDU-da keçirilən beynəlxalq seminarda iştirak ediblər

  • Post category:Xəbərlər (AZ)

MDU əməkdaşları BDU-da keçirilən beynəlxalq seminarda iştirak ediblər

 

2021-ci ilin 10 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup akademik heyət üzvü Bakı Dövlət Universitetində (BDU) Dünya Elm Günü münasibətilə təşkil edilən beynəlxalq elmi seminarda iştirak edib.

“Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən seminarı giriş sözü ilə açan BDU-nun rektoru Elçin Babayev tədbir iştirakçılarını təbrik edib və 2021-ci ildə Sülh və İnkişaf naminə Dünya Elm Gününün “İqlim dəyişikliyinə hazır icmaların yaradılması” mövzusuna həsr olunduğunu bildirib.

BDU-nun prorektoru Fərda İmanov “İqlim dəyişmələri və onların su ehtiyatlarına təsiri”, AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru Zakir Eminov “Dunyada əhali problemləri və postpandemiya dövründə inkisaf yolları”, Türkiyə Respublikasının Bilkent Universitetinin professoru Əmirullah Məmmədov “Elitar təhsil haqqında. Bilkent Universitetinin NANOTAM Mərkəzində son elmi nailiyyətlər”, Rusiya Federasiyasının Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun böyük elmi işçisi Faiq Əhmədov “Böyük Adron Kollayderində ultrarelyativistik protonların toqquşmalarında Hiqqs və vektor bozon cütünün əmələ gəlməsi prosesinin tədqiqi” və BDU-nun Kimya fakültəsinin Üzvi kimya kafedrasının professoru Ülviyyə Həsənova “Biotibbi materiallar. ICESCO-BDU birgə layihəsi haqqında” mövzularında məruzələrlə çıxış ediblər.

{phocagallery view=category|categoryid=757|limitstart=0|limitcount=0}