MDU əməkdaşları “Erasmus+” layihəsinin
ilkin təlimlərində iştirak edib
Azərbaycan ali təhsil müəssisələrində keyfiyyətin təminatı mərkəzlərinin yaradılması “Erasmus+” layihəsinin ilkin təlimləri maraqla davam edir. Universitetlərimizdə keyfiyyət siyasətinin əsas aspektləri, proseslərin düzgün və səmərəli idarə olunması, ayrı-ayrı struktur bölmələrinin keyfiyyət hədəfləri və onlara nail olma yolları və s. kimi çox maraqlı mövzularda diskussiya aparılib.
İclasın ilk günündə EKT akkreditasiya şirkətinin mütəxəssisləri Alvides Punis və və Alis Leikurcius layihə haqqında təlim iştirakçılarına ətraflı məlumat verib. Daha sonra tərəfdaş universitetlər arasında fikir mübadiləsi aparılıb. Qeyd edək ki, iyunun 24-də başlanan təlim 28-nə qədər davam edib.
“Erasmus+” layihəsinin növbəti iclası Bakı şəhərində təşkil edilib. Treninqdə Mingəçevir Dövlət Universitetinin bir qrup müəllimi də iştirak edib. Mingəçevir Dövlət Universitetini bu tədbirdə Beynəlxalq əlaqələr sektorunun müdiri Samirə Əhmədova, Təhsildə Keyfiyyətə Təminat və Nəzarət Mərkəzinin müdiri Səbinə Quliyeva, Tədris şöbəsinin müdir müavini Üzeyir Zeynalov və “Sənayenin təşkili və idarəetmə” kafedrasının müəllimi Kamal Əhmədov təmsil ediblər. Treninqin keçirilməsində əsas məqsəd universitetlərdə təhsilin keyfiyyətinə nəzarət mərkəzlərinin daha da yaxşılaşdırılması üçün Avropalı tərəfdaşların tətbiq etdiyi yeni standartları öyrənməkdir.
Qeyd edək ki, layihənin milli koordinatoru Bakı Biznes Universiteti olub.
{phocagallery view=category|categoryid=48|limitstart=0|limitcount=0}