MDU-nun rektoru “Zəfərin 4 anı” ədəbi-bədii gecədə işirak edib

2024-cü il aprelin 4-də Heydər Əliyev Sarayında Aprel döyüşlərinin 8-ci ildönümünə həsr olunmuş “Zəfərin 4 anı” ədəbi-bədii gecə keçirilib.

Tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gənclər Fondu, Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə həyata keçirilib.

Ədəbi-bədii gecədə şəhid ailələri və qazilərlə yanaşı, bir sıra dövlət və özəl qurumların rəhbərləri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov ”Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Orucovanın dəvəti ilə “Zəfərin 4 anı”  adlı tədbirdə iştirak edib. Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən qəhrəmanların əziz xatirəsini daim uca tutmaq hər kəsin vətəndaşlıq borcu olduğunu qeyd edən rektor tədbirin tərəfdaşlarına təşəkkürünü bildirib. Həmçinin tədbirin yüksək peşəkarlıq və mükəmməl təşkilatçılıqla hazırlanmasında pay sahibi olan Sevinc xanıma minnətdarlığını çatdırıb.