MDU-nun tələbələri “Turizmdə A+ Klass” seminarında

  • Post category:Xəbərlər (AZ)

MDU-nun tələbələri “Turizmdə A+ Klass” seminarında

22 dekabr 2018-ci il tarixdə Bakıda “GİLAN Hospitality” və “Global Tourism Consulting Company” təşkilati dəstəyi ilə “Hotels Academy”-nin təçkli etdiyi “Turizmdə A+ Klass” seminarı keçirilib. Mingəçevir Dövlət Universitetinin “Turizm və otelçilik” ixtisasının bir qrup tələbəsi İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini, “İqtisadiyyat” kafedrasının baş müəllimi Nazim Niftəliyevin və “İqtisadiyyat” kafedrasının ixtisas müəllimi Cəlil Bağırovun rəhbərliyi ilə iştirak ediblər.

Turizm və otelçilik istiqamətində xarici ölkələrdə kifayət qədər nəzəri və praktiki təcrübələri olan təlimçilər “Doğu Akdeniz Üniversitesi” Öğretim görevlisi Muammer Songur öz biliklərini seminar iştirakçıları ilə paylaşmışdır. Seminarın birinci bölməsində Turizmin spesifik xüsusiyyətləri və otellərdə xidmətin təşkili, xarici təcrübənin tətbiqi, otellərdə karyera inkişafı imkanları, otellərdə xərclərin idarə edilməsi və s. mövzular ətrafında geniş müzakirələr aparılmışdır.

Seminarın ikinci bölümündə iştirakçıları maraqlandıran suallar cavablandırılmış, fəal iştirak edən tələbələr sertifikatla təltif edilmişlər.

Qeyd edək ki, bu silsilə seminarların gələcəkdə regionlarda da keçirilməsi “Hotels Akademi” rəhbərliyi tərəfindən planlaşdırılıb.

{phocagallery view=category|categoryid=99|limitstart=0|limitcount=0}