Mingəçevir Dövlət Universiteti (MDU) komandaları, 2025-ci ildə keçiriləcək Beynəlxalq Robot Olimpiadası (IRO) müsabiqəsinin finalına vəsiqə qazanıb. Final mərhələsi 7 iyun 2025-ci ildə Xankəndində keçiriləcək. Universitetin müxtəlif komandalari, innovativ layihələrlə beynəlxalq səviyyədə uğurlar qazanmaq üzrə özlərini sübut ediblər.
Komandaların layihə növləri və üzvləri aşağıdakı kimidir:
1. SKYRIDERS RC Craft – Planer/Təyyarə (Mentor, Elvin Muradzadə, Muğumov Məhəmməd, Hüseynov Samir, Mustafazadə Kamil)
2. Alzerbaijan – Robo Soccer (Mentor, Fatma Əliyeva, Məmməd Rövşən, Mahmudov Nihad, Nahid Qarayev)
3. RoboStars – VRC Dron (Mentor, Nərmin Əhmədova, Anar Ramazanlı, Sənubər Feyzullayeva, Fatimə Əlizadə)
4. InfraRunners (Mentor, Validə Nuriyeva, Allahverdili Firdovsi, Mustafayeva Leyla, Hüseynov Rüstəm)
5. MDU-Horizon44-WRC Craft (Mentor, Elvin Muradzadə Rəsul Abbasov, Səid Sadıqov, Mayıl Rəhimzadə)
6. Compotition RC Craft – Planer/Təyyarə (Mentor, Əliyeva Məhsəti Novruzov Babək, Zərbəliyev Nihat, Abbasov Əkbər)
7. The Teachers – Robo Soccer (Senior) (Mentor Ceyhun Əlziadə, Məmmədli Sübhan, Məmmədov Ramal, Babaşov Xasay)
Komandalarımızın bu böyük uğuru, MDU-nun tədris və tədqiqat sahəsindəki güclü potensialını və tələbələrin yenilikçi yanaşmalarını nümayiş etdirir. Gələcəkdə bu uğurların daha da artması gözlənilir! Komandalarımıza növbəti mərhələdə də uğurlar arzulayırıq!