MDU tələbələri əlamətdar günləri qeyd ediblər

  • Post category:Xəbərlər (AZ)

MDU tələbələri əlamətdar günləri qeyd ediblər

Mingəçevir Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Mingəçevir Dövlət Universitetinin əsas tədris binasının Akt zalında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə konsert tədbiri keçirilmişdir. Tədbirdə açılış nitqi ilə çıxış edən tərbiyə işləri üzrə prorektor, dosent Rövşən Əliyev tələbələri əlamətdar günlər münasibəti ilə təbrik edib və qarşıdan gələn imtahanlarda tələbələrə uğurlar arzu edib.

Sonra Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Rəşad Qurbanov tələbələri salamlayıb və bu və ya digər tədbirlərin tez-tez keçirildiyini qeyd edib, tələbələri ictimai aktivliyə çağırıb. Daha sonra Tələbə Gənclər Təşkilatının sədri Samrin Xanlayev çıxış edib. Sədr öz çıxışında konsertin təşkilatçılarının keçdiyi çətin məşqlərdən, onların səylə çalışmalarından bəhs edib, onlara təşəkkürünü bildirib və hamını bayram münasibətilə təbrik edib.

Daha sonra öncədən keçirilmiş müxtəlif səpkili yarışlar silsilələrində sonda qalib olmuş fərd və komandaların adlarını açıqlayıb. Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyev, tərbiyə işləri üzrə prorektor Rövşən Əliyev və İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Nüşabə Qədimli yarışlarda qalib olan tələbələri medal və kuboklarla təltif ediblər. Daha sonra konsert proqramına start verilib. 

Tələbələrin ifasında mahnılar ifa edilib, şerlər, lətifələr söylənilib, səhnəciklər təqdim edilib.

 

{phocagallery view=category|categoryid=104|limitstart=0|limitcount=0}