12 fevral 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsinin İnformasiya texnologiyaları kafedrasının təşkilatçılığı ilə “Google alətləri və onların tədrisdə tətbiqi” mövzusunda təlim keçirilib. Təlimin əsas məqsədi tədris prosesində texnoloji vasitələrdən istifadəni artırmaq və müasir tədris metodları ilə müəllim və tələbələri tanış etmək olub.
Təlimdə İnformasiya texnologiyaları kafedrasının müəllimləri Validə Nuriyeva və Şəbnəm Nəsirova iştirakçılara Google alətlərinin tədris prosesində necə effektiv istifadə oluna biləcəyi barədə geniş məlumat veriblər. Təlimdə Google Drive, Google Classroom, Google Meet kimi alətlərin istifadəsi ilə tədrisin necə daha interaktiv və səmərəli hala gətirilə biləcəyi göstərilib.
Təlim iştirakçıları alətlərin tətbiqi ilə bağlı praktiki nümunələr izləyib və öz suallarını mütəxəssislərə ünvanlayıblar. Təlimin sonunda müəllimlər və tələbələr bu alətlərin tədris və öyrənmə prosesinə böyük fayda gətirəcəyini vurğulayıblar. Təlimin nəticələri, tədris keyfiyyətinin artırılması və innovativ texnologiyaların təhsildə daha geniş tətbiqi üçün mühüm addım olaraq qiymətləndirilib.
MDU-nun İnformasiya texnologiyaları kafedrası gələcəkdə də bu cür təlimlərin keçirilməsini və təhsildə yenilikçi yanaşmaların tətbiqini davam etdirəcəyini bildirib.