Azərbaycanda Erasmus+ ofisinin rəhbəri Pərviz Bağırovun MDU haqqında fikirləri

  • Post category:MDU xəbərləri

“Mingəçevir Dövlət Universiteti Azərbaycanda koordinator statusunda Erasmus+ proqramının qalibi olan ilk region universitetidir. Belə ki, bu Universitetin koordinatoru olduğu “Azərbaycan ali təhsilində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) mövzusunda Erasmus+ layihəsi 2022-ci ildə Avropa Komissiyası tərəfindən qalib elan olunub. Fikrimizcə, region universiteti adına çox böyük nailiyyətdir. 2023-2025-ci illəri əhatə edən layihənin uğurla icra olunacağına və ali təhsilimizə mühüm faydalar qazandıracağına inanırıq.”

MDU yeni dövrün universitetinə çevrilir!

Pərviz Bağırov

Azərbaycanda Erasmus+ ofisinin rəhbəri