Mingəçevir Dövlət Universitetində “Effektiv elmi təqdimat” mövzusunda seminar keçirilib

  • Post category:MDU xəbərləri

2022-ci ilin 16 mart tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Effektiv elmi təqdimat” mövzusunda elmi-praktiki seminar təşkil olunub. Türkiyənin Qazi Universitetinin MDU-da fəaliyyət göstərən professoru Ercan Yılmaz tərəfindən keçirilən seminarda universitetin akademik və inzibati heyət üzvləri, tələbələr və magistrantlar iştirak ediblər. Seminara MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri, dosent Vüqar Mustafayev moderatorluq edib.

Tədbirdə giriş sözü ilə çıxış edən MDU-nun elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Əyyubov akademik heyət üzvləri və gənc tədqiqatçılar üçün elmi təqdimat bacarıqlarının önəmindən bəhs edib və seminarın əhəmiyyətini vurğulayıb.

Sonra, professor E.Yılmazın “Effektiv elmi təqdimat” mövzusunda məruzəsi dinlənilib. Professor mövzunun qavranılmasında təqdimatın effektivliyinin böyük rol oynadığını bildirib, elmi mövzularda təqdimatların hazırlanması və diqqətə çatdırılması üçün nəzərə alınması vacib hesab edilən amillərdən bəhs edib.

İştirakçılar tərəfindən maraqla qarşılanan seminarda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, professor E.Yılmaz Qazi Universiteti ilə yaradılan işbirliyi çərçivəsində cari tədris ilindən etibarən MDU-nun Mühəndislik fakültəsində elmi-pedaqoji fəaliyyətini davam etdirir.