Mingəçevir Dövlət Universitetində rəqəmsal media bacarıqları ilə bağlı təlimlərə başlanılıb

  • Post category:MDU xəbərləri

2022-ci ilin 5 mart tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Karyera və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə tələbələrin müasir rəqəmsal media bacarıqlarının artırılması üçün silsilə təlimlərə start verilib.

MDU-nun tələbə və magistrantlarının iştirakı ilə baş tutan ilk təlim günündə universitetin İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Müşfiq Hüseynov “Rəqəmsal media bacarıqlarının artırılması, ilkin anlayışlar” mövzusunda təqdimatla çıxış edib.

Təqdimatda rəqəmsal media bacarıqlarına yiyələnməyin zəruriliyi və əhəmiyyəti diqqətə çatdırılıb, kommunikasiyanın növləri və əsas anlayışları, psixoloji və sosioloji aspektləri barədə ətraflı məlumat verilib.

Təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Proqrama uyğun olaraq, təlimlərin növbəti aylarda da davam etdirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, gənclərin hərtərəfli inkişafını diqqət mərkəzində saxlayan MDU-da tələbələrin əlavə bilik və bacarıqlarının artırılmasına hədəflənən müvafiq təlimlərin keçirilməsinə xüsusi önəm verilir. Bu baxımdan MDU-da yeni yaradılan Karyera və İnkişaf Mərkəzinin fəaliyyəti mühüm əhəmiyyət kəsb edir.