Mingəçevir Dövlət Universitetində valideynlər növbəti dəfə imtahanları izləyiblər

  • Post category:MDU xəbərləri

2022-ci ilin 17 iyun tarixində Mingəçevir Dövlət Universitetində (MDU) bir qrup valideyn növbəti dəfə cari tədris ilinin yaz semestrinin imtahan sessiyası çərçivəsində keçirilən imtahan prosesini müşahidə ediblər.

Universitetin rəhbər və inzibati heyət üzvlərinin müşayiəti ilə imtahanları izləyən valideynlərə imtahanların gedişi və bu günədək olan nəticələr, imtahanların keçirilməsi və biliyin qiymətləndirilməsi qaydaları, yarana biləcək problemlərin operativ şəkildə aradan qaldırılması və müraciətlərə çevik baxılması mexanizmləri barədə ətraflı məlumat verilib.

Aparılan müşahidələrdən sonra, imtahanların obyektiv, şəffaf və mövcud qaydalara uyğun keçirilməsindən məmnunluqlarını ifadə edən valideynlər yaradılan şəraitə və göstərilən diqqətə görə universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, MDU-da iyunun 1-dən başlanan yaz imtahan sessiyası iyulun 5-dək davam edəcəkdir. Cari imtahan sessiyasında baş tutacaq 600-dən çox imtahanda 2000-ə yaxın tələbə və magistrantın iştirakı gözlənilir. İmtahan sessiyasının obyektiv, şəffaf və mütəşəkkil keçirilməsini təmin etmək, eləcə də yаrаnа biləcək nеqаtiv hаllаrı dərhаl аrаdаn qаldırmаq və digər müvаfiq tədbirləri həyаtа kеçirmək məqsədilə “İmtahan Qərargahı”, “İmtahanlara dəstək qrupu” və “Apellyasiya Komissiyası” yaradılıb. Eyni zamanda, sessiya ərzində “Qaynar xətt”in (telefon və e-mail vasitəsilə) fəaliyyəti təmin edilib, rektorun iştirakı ilə müntəzəm “Açıq qapı” günləri keçirilir.