You are currently viewing Mingəçevir Dövlət Universiteti (MDU) qardaş Türkiyənin nüfuzlu ali təhsil müəssisələri ilə elmi əməkdaşlığını davam etdirir

Mingəçevir Dövlət Universiteti (MDU) qardaş Türkiyənin nüfuzlu ali təhsil müəssisələri ilə elmi əməkdaşlığını davam etdirir

  • Post category:MDU xəbərləri

2023-cü ilin 5-7 oktyabr tarixlərində Türkiyənin Konya şəhərində Selçuk Universitetinin təşkilatçılığı və evsahibliyi ilə I Beynəlxalq Göl Turizmi və Turizmdə Cari Trendlər Konfransı (1St Internatıonal Lake Tourism And Current Trends In Tourism Congress) keçiriləcək.

MDU-nun da tərəfdaşlıq edəcəyi beynəlxalq konfransda dayanıqlı turizm təcrübələri, təbiətə əsaslanan turizm, göl turizmi və iqlim dəyişikliyi, göl turizminin idarə edilməsi, turizmdə icmanın iştirakı və yeri inkişaf, turizmdə yeni meyillər, turizm və mədəniyyətin qarşılıqlı əlaqəsi, turizmdə innovasiya və müasir texnologiyalar, turizmdə marketinq və təşviq strategiyaları, turizmdə rəqəmsal transformasiya və data analitikası, destinasiya inkişafı və planlaşdırması, turizm təhsili və məşğulluq və digər mövzular üzrə elmi məqalələr təqdim ediləcək və müzakirələr aparılacaq.

Konfrans üçün xülasə və tam mətnli məqalələrin qəbulu 31 avqust 2023-cü il tarixinə qədər davam edəcək.

Qəbul edilmiş məqalələr 12 sentyabr 2023-cü il tarixində elan ediləcək.

22 sentyabr 2023-cü il konfransda qeydiyyatla bağlı son tarixdir. Qeydiyyat və iştirak ödənişsizdir.

Konfransın proqramı 1 oktyabr 2023-cü il tarixində elan ediləcək.

Konfrans haqqında ətraflı məlumatı bu linkdən əldə etmək olar: https://iltc.selcuk.edu.tr

MDU əməkdaşlarını tərəfdaşı olduğumuz beynəlxalq konfransda fəal iştiraka dəvət edirik.