Mingəçevir Dövlət Universitetində maarifləndirici seminar keçirilib

  • Post category:MDU xəbərləri

2022-ci ilin 6 aprel tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Azərbaycan Respublikasının qanunvericilik sistemi” mövzusunda elmi seminar keçirilib. “MDU-da ideoloji maarifləndirmə konsepsiyası ilə bağlı Tədbirlər Planı” çərçivəsində təşkil olunan seminarda universitetin akademik və inzibati heyət üzvləri, tələbələr və magistrantlar iştirak ediblər.

MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayevin moderatorluğu ilə keçirilən seminarda Azərbaycan Vəkillər Kollegiyasının üzvü Hüseyn Əsgərov “Beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin tərkib hissəsi kimi” və MDU-nun hüquqşunası Elvin Abbasov “Azərbaycan Respublikasının normativ hüquqi aktları” mövzusunda məruzələrlə çıxış ediblər.

Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da Vətənə, xalqa və dövlətə bağlı mütəxəssis kadrların yetişdirilməsi məqsədilə tələbə gənclərin ideoloji maarifləndirilməsi diqqət mərkəzində saxlanılır və bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsinə xüsusi önəm verilir.