Mingəçevir Dövlət Universitetinin tələbəsi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən yüksək nəticə ilə məzun olub

  • Post category:İT kafedrası

2026-cı ilin 9 fevral tarixində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi nin nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin 6-cı tədris dalğası üzrə “Məzun Günü” keçirilib.

Məzunlar arasında MDU-nun İnformasiya təhlükəsizliyi ixtisasının III kurs tələbəsi Adil Əhmədzadə da yer alıb. A.Əhmədzadə AKM-in 6-cı tədris dalğası üzrə Kibertəhlükəsizlik ixtisası üzrə məzun olub.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İRİA və İsrail Respublikasının “Technion” Texnologiya İnstitutunun birgə təşəbbüsü ilə fəaliyyət göstərən AKM-də təhsil alan MDU tələbəsi proqram çərçivəsində Red Team (hücum istiqaməti) üzrə yüksək nəticə göstərərək fərqlənərək proqramı uğurla başa vurub.

Qeyd edək ki, AKM-də tədris prosesi beynəlxalq mütəxəssislər tərəfindən aparılır və iştirakçılar real kibertəhlükəsizlik ssenariləri üzərində praktiki biliklər əldə edirlər.