Mingəçevir Dövlər Universitetində ESG standartları əsasında yeni kurrikulumun praktiki tətbiqinə başlanılması ilə bağlı təlim keçirilib

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlər Universitetində ESG standartları əsasında

yeni kurrikulumun praktiki tətbiqinə başlanılması ilə bağlı təlim keçirilib

 

Layihənin Mingəçevir Dövlət Universiteti üzrə Proqram meneceri, beynəlxalq əlaqələr sektorunun rəhbəri Samirə Əhmədova Avropa Komissiyasının “Erasmus+” proqramı çərçivəsində Bakı Biznes Universiteti tərəfindən hazırlanmış “Azərbaycan universitetlərində keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” layihəsi çərçivəsində ESG standartları əsasında yeni kurrikulumun universitetdə praktiki tətbiqinə başlanılması məqsədi ilə aşağıdakı mərhələlərin nəzərdə tutulduğu qeyd edib:

  Pilot ixtisasın seçilməsi;

  Pilot fənlərin seçilməsi;

  Pilot proqram komissiyasının təşkili;

  Pilot müəllimlərin müəyyən olunması;

  Sorğuların keçirilməsi.

     Samirə Əhmədova bildirib ki, pilot ixtisas olaraq bakalavr təhsil pilləsində Pedaqoji fakültənin tərkibində tədrisi təşkil edilmiş Xarici dil müəllimliyi ixtisası, pilot müəllimlər isə Əsmər Hacıyeva, Telman Qarayev, Afayət Tanriverdiyeva, Kərim Əliyev, Lalə Rüstəmova və Nərgiz Kərimova seçilmişdir. Samirə Əhmədova qeyd edib ki, Xarici dildə oxu və nitq-2, Xarici dilin qrammatikası-2, Xarici dilin leksikologiyası-2, Xarici dilin tədrisi metodikası-2, Metodika və Fonetika pilot fənlər üçün nəzərdə tutulmuşdur.

Sonra ümumi olaraq iş plani müzakirə olunub. Müəllimlərin, dərslərin monitorinq günləri təyin edilib. Pilot müəllimlər özlərinin tələb və təkliflərini bildiriblər. Növbəti həftədən monitorinq, qiymətləndirmə və təlimlərə start veriləcəyi vurğulanıb. 

Sonra layihə üzvü Səbinə Quliyeva ESG standartlarının universitetdə praktiki tətbiqinə başlanması məqsədilə təlim iştirakçılarına proqramın məqsədi və öyrənmə nəticələrinin hazırlanması, fənnlərin məqsədi və öyrənmə nəticələrinin hazırlanması, fənn ədəbiyyatlarının və semestr müddətində həmin fənn üzrə veriləcək tapşırıqların komissiya tərəfindən yoxlanılması və qiymətləndirilməsi, tələbəyönümlü təhsil sistemində mənimsəmə nəticələrinin hazırlanmasının rolu, blum taksanomiyası mərhələləri haqqında geniş məlumat verib.

Sonda standartın universitetdə praktiki tətbiqinə başlanması məqsədilə qeyd olunan mərhələlərlə bağlı müzakirələr aparılıb.

{phocagallery view=category|categoryid=219|limitstart=0|limitcount=0}