Mingəçevir Dövlət Universitetində “Açıq hava seminarları” davam edir

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində “Açıq hava seminarları” davam edir

2021-ci ilin 20 avqust tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Açıq hava seminarları” proqramı çərçivəsində növbəti seminar keçirilib. Açıq hava şəraitində təşkil olunan seminarda universitetin bir qrup tələbə və magistrantı iştirak edib.

Proqrama uyğun olaraq, MDU-nun Fizika və ekologiya kafedrasının müəllimi Aytac Cavadova tərəfindən keçirilən növbəti seminar “Təbiəti sevək” mövzusuna həsr olunub.

Seminarda ekoloji problemlər, qlobal istiləşmə, ətraf mühitə təbii və texnogen xarakterli amillərin təsirləri barədə ətraflı məlumatlar verilib və mövzu ilə bağlı konkret situasiyalar üzrə gənclərlə geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, MDU-da “Açıq hava seminarları” proqramına cari ilin avqustun 12-dən start verilib. Proqram çərçivəsində açıq hava şəraitində universitetin akademik heyət üzvləri tərəfindən tələbə və magistrantlar üçün müxtəlif aktual mövzularda silsiləvi seminarların keçirilməsi nəzərdə tutulub. Tələbə gənclərin hərtərəfli inkişafına xüsusi önəm verən MDU-da bu tipli tədbirlərin davamlı təşkili diqqət mərkəzində saxlanılır.

{phocagallery view=category|categoryid=668|limitstart=0|limitcount=0}