Mingəçevir Dövlət Universitetində bilik yarışı keçirilib

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində bilik yarışı keçirilib

 

20 noyabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən İntellektual Oyunlar Klubunun təşkilatçlığı ilə Mingəçevir Gənclər Evində “Dirçəliş” adlı bilik yarışı keçirilib.

“Nə? Harada? Nə zaman?” intellektual oyunu formatında təşkil olunan bilik yarışında universitetin tələbə və gənc əməkdaşlarından ibarət 9 komandası mübarizə aparıb.

Müxtəlif sahələrə aid məntiqi və dünyagörüşü xarakterli suallarla əhatə olunan oyun zamanı ən yüksək nəticə göstərən MDU-nun gənc əməkdaşlarından ibarət “PRINT” komandası yarışın qalibi olub. Universitetin “Intelligence” və “Şuşa” komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşdürüblər.

Sonda qalib komandaların üzvlərinə kubok və medallar təqdim olunub, xatirə şəkilləri çəkdirilib.

Qeyd edək ki, hazırda müasirləşməkdə olan MDU-da tələbə gənclərin hərtərəfli inkişafına, o cümlədən onların intellektual səviyyəsinin yüksəldilməsinə hədəflənən müxtəlif formatlı tədbirlərin həyata keçirilməsinə xüsusi önəm verilir.

{phocagallery view=category|categoryid=776|limitstart=0|limitcount=0}

.