Mingəçevir Dövlət Universitetində Dövlət Bayrağı Günü qeyd olunub

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində Dövlət Bayrağı Günü

qeyd olunub

 

Mingəçevir Dövlət Universitetində 9 noyabr Dövlət Bayrağı Günü münasibətilə “Müstəqilliyimizin rəmzi olan milli bayrağımız qürurumuzdur” mövzusunda tədbir keçirilib. Professor-müəllim və tələbə heyətini Dövlət Bayrağı Günü münasibətilə təbrik edən Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov dövlət bayrağının Azərbaycanın suverenliyinin rəmzi olduğunu və hər bir azərbaycanlının bayrağımızla qürur duyduğunu diqqətə çatdırıb. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağın Ümummilli liderimiz tərəfindən 1990-cı ilin 17 noyabr tarixində Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunmasını qeyd edən Ş.Bayramov məhz Ulu öndərin təkidli təşəbbüsü nəticəsində 1991-ci ilin 5 fevral tarixində həmin bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul olunduğunu vurğulayıb.

Rektor ölkə başçısı cənab İlham Əliyev tərəfindən imzalanan müvafiq sərəncama əsasən hər il 9 noyabr tarixinin Dövlət Bayrağı Günü kimi qeyd edildiyini və 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasiminin keçirildiyini bildirib. Dövlət bayrağının Azərbaycançılıq, qürür, qalibiyyət, mərdlik rəmzi olduğunu bildirən Ş.Bayramov Ali Baş Komandan İlham Əliyevin uğurlu dövlət siyasəti və siyasi iradəsi nəticəsində hazırda üçrəngli bayrağımızın Çocuq Mərcanlıda dalğalandığını xüsusi vurğulayıb. Rektor hər bir azərbaycanlının dövlət bayrağımızın Qarabağda və hazırda işğal altında olan bütün torpaqlarımızda dalğalanacağı günün uzaqda olmadığına əmin olduğunu qeyd edib.

Tədbirdə Humanitar fənlər kafedrasının əməkdaşları İlham Məmmədov və Gülər Əjdərzadə çıxış edərək dövlət bayrağımız haqqında tarixi faktlar və bayrağın dövlət müstəqilliyimizin möhkəmləndirilməsi üçün əhəmiyyəti barədə ətraflı məlumat veriblər.

{phocagallery view=category|categoryid=228|limitstart=0|limitcount=0}