Mingəçevir Dövlət Universitetində rəsm əsərləri və əl işləri sərgi-müsabiqəsi keçirilib

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində rəsm əsərləri və əl işləri

sərgi-müsabiqəsi keçirilib

 

Mingəçevir Dövlət Universitetində 9 noyabr Dövlət Bayrağı Günü münasibətilə tədbirlər planına uyğun olaraq silsilə tədbirlər keçirilir. Belə tədbirlər sırasında 07 noyabr 2019-cu il tarixdə keçirilən tələbələr arasında rəsm əsərləri və əl işləri sərgi-müsabiqəsi yer alıb. Müsabiqənin keçirilməsində məqsəd tələbələrin istedadının nümayiş etdirilməsi, onların yaradıcılıq imkanlarının genişlənməsinə şərait yaradılması, bədii yaradıcılığının stimullaşdırılması və obrazlı düşüncə tərzinin inkişaf etdirilməsi ilə əlaqədar rəsm və əl işləri nümayiş etdirilən iddiaçıların mükafatlandırılması olub.

Tələbələrin sərgi-müsabiqəsində rəsm əsərlərinə və əl işlərinə Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov, prorektorlar, fakültə dekanları, kafedra müdirləri, inzibati şöbə və mərkəzlərin rəhbərləri, professor-müəllim və tələbə heyəti baxış keçiriblər.

Tədbirə təşrif buyuranlar səliqə ilə düzülmüş rəsm əsərlərini seyr edərək rəsm müəlliflərinə yaxınlaşır, onların yaradıcılıq nümunələrindən aldıqları təəssüratları bölüşməklə bərabər arzu və istəklərini, fikir və mülahizələrini də söyləyirdilər. Rəsmləri seyr edənlərin üzlərindən razılıq əlaməti olan xoş təbəssüm yağırdı. Mövzular rəngarəng rəsmlər bir-birindən məzmunlu və məna çalarlı idi. Rənglərdən o qədər məharətlə istifadə olunmuşdu ki, artıq-əskik heç nə nəzərə çarpmırdı. Rəsm sehrçilərini də valeh edən elə bu idi.

Rəsm və əl işləri Azərbaycan Rəssamlar İttifaqının üzvü, Mingəçevir şəhər Uşaq – Gənclər İnkişaf Mərkəzinin “Bədii keramika və təsviri incəsənət” dərnəyinin rəhbəri Abdulla Məmmədovun rəhbərliyi ilə yaradılmış münsiflər heyəti tərəfindən qiymətləndirilmişdir.  

Sərgi başa çatdıqdan sonra müsabiqənin nəticələri açıqlanıb və qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Ümumilikdə 24 nəfər müsabiqədə iştirak edib, 2 nəfər müvafiq yerlər tutub, 1 yeri isə komanda qazanıb, 6 nəfər isə həvəsləndirici mükafata layiq görülüb.

Mükafatlandırma mərasimində uğur qazanan qaliblərə I yerə görə XD17 saylı qrupun tələbəsi Nigar Səfərovaya, II yerə görə EM16 saylı qrupun komandasına, III yerə görə isə AƏ18 saylı qrupun tələbəsi Gülnar Mirzəyevaya sertifikatları rektor Şahin Bayramov təqdim edib hər birinə təhsildə və yaradıcılıq işlərində uğurlar arzu edib.

{phocagallery view=category|categoryid=229|limitstart=0|limitcount=0}