Mingəçevir Dövlət Universitetində “İ2B – İdeyadan biznesə” layihəsi çərçivəsində tədbir keçirilib

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində “İ2B – İdeyadan biznesə” layihəsi

çərçivəsində tədbir keçirilib

 

Ölkəmizdə startap hərəkatının formalaşdırılması, gənclərin biznes ideyalarının həyata keçirilməsinə dəstək verilməsi, innovasiyaların və texnologiyaların təşviqinin genişləndirilməsi və yeni innovativ ideyaların reallaşdırılması, eyni zamanda regionlarda biznes inkubasiya mərkəzlərinin yaradılması ənənələrinin formalaşdırılması məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondu, “Microsoft” və “Azercell Telekom” MMC-nin tərəfdaşlığı ilə “İ2B – İdeyadan biznesə” layihəsi həyata keçirilir. Bu il həmin layihənin Bakı, Naxçıvan, Lənkəran, Gəncə, Mingəçevir, Şəki, Quba, Sumqayıt, Şirvan, Zaqatala, Şamaxı, Göyçay və Tovuzda icrası nəzərdə tutulur.

21 fevral 2020-ci il tarixində layihənin növbəti mərhələsinin başlanması ilə əlaqədar Mingəçevir Dövlət Universitetində tədbir keçirilmişdir. Tədbirdə BMT-nin İnkişaf Proqramının (UNDP) innovasiyalar üzrə eksperti Vüsal Süleymanlı və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin əməkdaşı, “İ2B – İdeyadan biznesə” layihəsinin koordinatoru Bəhram Cəfərli çıxış edərək, layihə çərçivəsində yeni startap komandalarının formalaşdırılmasının, yeni innovativ ideyaların müəyyənləşdirilməsinin və həmin ideyaların biznesə çevrilməsinin təmin edilməsinin planlaşdırıldırıldığı haqqında məlumat veriblər. Qeyd edilib ki, Startap turunun sonunda bölgələrdən və Bakıdan seçilmiş qaliblər Bakı şəhərində keçiriləcək final yarışmasında “Azərbaycanın startapı” adı uğrunda mübarizə aparacaqlar. Həmçinin seçilmiş startaplar “BakuTel-2020” Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi və konfransında öz layihələrini nümayiş etdirəcəklər.

        Sonda tədbirdə iştirak edən tələbələrin layihə ilə bağlı çoxsaylı sualları cavablandırılıb.

{phocagallery view=category|categoryid=326|limitstart=0|limitcount=0}