Mingəçevir Dövlət Universitetində iyun ayı ərzində dördüncü “Açıq qapı” günü keçirilib

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində iyun ayı ərzində dördüncü “Açıq qapı” günü keçirilib

2020-ci il 25 iyun tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 2019/2020-ci tədris ilinin yaz imtahan sessiyası çərçivəsində növbəti “Açıq qapı” günü keçirilib. “Microsoft Teams” platforması üzərindən online formatda təşkil olunan “Açıq qapı” günündə MDU-nun tələbələri, magistrantları və onların valideynləri iştirak ediblər.

Tədbiri açan MDU-nun rektoru Şahin Bayramov “Açıq qapı” gününün iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Mingəçevir şəhərinə səfəri haqqında ətraflı məlumat verib. Sonra rektor karantin dövrünün tələblərinə riayət edilməsinin vacibliyi, online imtahan sessiyasının gedişatı, ilk dəfə olaraq məsafədən keçirilən magistrlik dissertasiyalarının müdafiəsi prosesi, növbəti həftə təşkil olunacaq “Məzun günü” və MDU məzunlarının universitetdə işlə təmin olunması imkanları barədə danışıb.

Görüşdə çıxış edən tələbələr və onların valideynləri yaz imtahan sessiyasının təşkili, appelyasiya imkanları və tətbiq olunan güzəştlərdən razılıqlarını ifadə ediblər. Rektor tələbələrin imtahan nəticələrinin qiymətləndirilməsi, təkrar imtahanlarda iştirak, təhsil haqqı və digər məsələlərə dair suallarını cavablandırıb. Görüşdə bir neçə konkret məsələ üzrə müvafiq struktur bölmə rəhbərlərinə tapşırıqlar verilib.

Qeyd edək ki, “Açıq qapı” günlərinin cari ilin 16 iyul tarixinədək hər həftənin cümə axşamı təşkil olunması nəzərdə tutulub. Bundan əvvəl, “Açıq qapı” günləri 4 iyun, 11 iyun və 18 iyun tarixlərində keçirilib.

{phocagallery view=category|categoryid=396|limitstart=0|limitcount=0}