Mingəçevir Dövlət Universitetində Şən və Hazırcavablar Klubunun tədbiri keçirilib

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində Şən və Hazırcavablar Klubunun tədbiri keçirilib

 

2021-ci ilin 23 dekabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən Şən və Hazırcavablar Klubunun (ŞHK) təşkilatçılığı ilə “İncə-Sənət” adlı tədbir keçirilib. Tədbirdə universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər.

Tədbirin açılışında çıxış edən MDU-nun rektoru Şahin Bayramov gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi və onların hərtərəfli inkişafı baxımından TGT-nin bu cür təşəbbüslərini yüksək qiymətləndirib və tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra, tələbələrin ifasında yumoristik səhnəciklər, flaşmoblar, müxtəlif musiqi parçaları və rəqslər təqdim edilib.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da tələbə gənclərin hərtərəfli inkişafına şərait yaradan əlverişli təhsil mühitinin formalaşdırılması diqqət mərkəzində saxlanılır.

{phocagallery view=category|categoryid=821|limitstart=0|limitcount=0}