Mingəçevir Dövlət Universitetində Onlayn Oriyentasiya Günü keçirilib

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində Onlayn Oriyentasiya Günü keçirilib

2020-ci ilin 22-27 oktyabr tarixlərində Mingəçevir Dövlət Universitetinin (MDU) I kurs tələbələri üçün Onlayn Oriyentasiya günü keçirilib.

“ZOOM” platforması üzərindən onlayn formatda keçirilən görüşlərdə birinci kurs tələbələrinə fakültə, tədris şöbəsi, beynəlxalq əməkdaşlıq və tələbə təşkilatlarının nümyəndələri tərəfindən fərdi tədris planları, tədris olunacaq fənlər, semestrlər üzrə toplanılacaq kreditlərin miqdarı, sərbəst işlər, biliyin qiymətləndirilməsi mexanizmi, mübadilə imkanları, tələbə həyatı, tyutor xidməti və MDU haqqında ətraflı məlumat verilib.

Oriyentasiya günlərinin keçirilmə vaxtı və qoşulmaq üçün məlumatlar dekanlıqlar tərəfindən tələbələrə göndərilmişdir və ixtisaslar üzrə ayrı-ayrı təşkil edilib və tələbələrin çoxsaylı sualları cavablandırılıb.

{phocagallery view=category|categoryid=442|limitstart=0|limitcount=0}