Mingəçevir Dövlət Universitetində payız semestrinin imtahan sessiyası uğurla davam edir

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində payız semestrinin imtahan sessiyası uğurla davam edir

Mingəçevir Dövlət Universitetində (MDU) 2021/2022-ci tədris ilinin payız semestrinin 5 yanvar tarixində başlayan imtahan sessiyası uğurla davam edir. Məlumat verildiyi kimi, MDU-da bütün imtahanlar əyani formada şifahi şəkildə təşkil olunub.

5-14 yanvar tarixlərini əhatə edən ilk 10 imtahan günündə bakalavriat səviyyəsində 151 qrup üzrə 2790 tələbə ümumilikdə 376 imtahanda iştirak edib. Müvəffəqiyyət göstəricisi 99.2% olub. Tələbələr tərəfindən Apellyasiya Komissiyasına cəmi 2 müraciət daxil olub.

Magistratura səviyyəsində 23 qrup üzrə ümumilikdə 35 imtahan keçirilib. Magistrantların müvəffəqiyyət göstəricisi 100% olub.

Azərbaycan Respublikası Təhsil nazirinin müvafiq əmrinin tələbləri çərçivəsində təşkil olunan sessiya ərzində İmtahan Qərargahının, “Qaynar xətt”in və Apellyasiya Komissiyasının fəaliyyəti təmin olunub. Müəllimlərdən ibarət “İmtahanlara dəstək qrupu” imtahan prosesinin səmərəli təşkilində mühüm rol oynayır. Valideynlərin və ictimaiyyət nümayəndələrinin imtahan sessiyasında iştirakı təmin edilib. Hər həftənin cümə axşamı keçirilən “Açıq qapı” Günündə tələbələri və valideynləri maraqlandıran suallar universitet rektoru tərəfindən cavablandırlır.

Universitetdə payız semestrinin imtahan sessiyası cari ilin 02 fevral tarixinədək davam edəcək.